Azərbaycan İdeyası

Azərbaycanlı idmançıdan BÖYÜK UĞUR: 130 milyon...

Tarix:27-05-2019, 13:21
Baxış Sayı:164


Azərbaycanlı kiberidmançı Baba Quliyev Moskvada keçiriləcək “Point Blank Dünya Çempionatı”na yollanacaq.
Korrupsiya-q.az xəbər verir ki, “NoHelp” ləqəbli həmyerlimiz üzvü olduğu “Beşiktaş Esports” komandası ilə birlikdə 25 və 26 may tarixlərində mübarizə aparacaq.
Qeyd edək ki, onlayn FPS oyunu “Point Blank” dünyada 10-dan çox ölkədə 130 milyondan çox oyunçu tərəfindən oynanılır. Moskvada keçiriləcək “Point Blank Dünya Çempionatı 2019” isə bu oyunda ilin hadisəsidir. Ümumilikdə altı komandanın yarışacağı müsabiqədə Braziliya, Tayland, İndoneziya, Türkiyədən bir, ev sahibi Rusiyadan isə iki komanda mübarizə aparacaq.
Çempionatın ümumi mükafat fondu 50 min dollardır. İki günlük qızğın mübarizədən sonra qalib komanda 30 min dollarlıq əsas mükafatın sahibi olacaq.
2010-cu ildə qurulan “Nfinity Games” həm Türkiyədə, həm də Azərbaycanda “Point Blank” oyununa aid etdiyi tədbirlərlə bu yeni kiberidman sahəsinin inkişafına böyük təkan verməkdədir. Türkiyənin köklü idman klublarından olan “Beşiktaş”ın kiberidmana qatılması və həmin komandada azərbaycanlı idmançının yarışması təsadüfi deyil. 2019-cu ilin aprel ayında Azərbaycan Kiberidman Federasiyası ilə imzaladıqları müqavilə də ortaq təcrübələri bölüşmək istəyindən qaynaqlanır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb