Главная > İdman / Gündəm > Cavid Qurbanov vəzifələrindən birini itirir: Onu kimin əvəzləyəcəyi də məlumdur

Cavid Qurbanov vəzifələrindən birini itirir: Onu kimin əvəzləyəcəyi də məlumdur


11-04-2023, 12:33. Разместил: Xuraman Quliyeva
Cavid Qurbanov vəzifələrindən birini itirir: Onu kimin əvəzləyəcəyi də məlumdur

Azərbaycan Voleybol Federasiyasında prezident dəyişikliyi olacaq.

Cavid Qurbanov postundan gedəcək. Bir müddət əvvəl Azərbaycan Atletika Federasiyasına prezident seçilən C.Qurbanovun hüquqi cəhətdən iki federasiyaya rəhbərlik etməsi doğru deyil. Bu səbəbdən o, postlarından birini təhvil verməli olacaq.

Cavid Qurbanovu kimin əvəzləyəcəyi də bəllidir. Kuluarlarda gəzən söhbətlərə görə, Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov olacaq.

Azərbaycan Voleybol Federasiyasından Oxu.Az saytına bildirilib ki, gün ərzində məsələyə aydınlıq gəlməlidir.
Вернуться назад