DataLife Engine > İdman / Gündəm > Avropa Oyunları: Azərbaycan taekvondoçusu məğlub olub.

Avropa Oyunları: Azərbaycan taekvondoçusu məğlub olub.


24-06-2023, 14:19. : Xuraman Quliyeva Avropa Oyunları: Azərbaycan taekvondoçusu məğlub olub.
Azərbaycan taekvondoçusu Cavad Ağayev Polşada təşkil olunan III Avropa Oyunlarında mübarizəyə başlayıb.

“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 68 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Konstantinos Camalidislə (Yunanıstan) üz-üzə gəlib.

Ağayev rəqibinə 1:2 hesabı ilə uduzub. Camalidis finala vəsiqə qazansa, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.
Qeyd edək ki, daha əvvəl taekvondoçulardan Səyyad Dadaşov (54 kq) gümüş, Qaşım Maqomedov (58 kq) bürünc medal əldə edib.