Azərbaycan İdeyası

Qoşqar Təhməzli “Bizim Market”də 12 ton saxta yağ aşkarlanmasından danışdı: “Bu, cinayət faktıdır”

Tarix:17-01-2020, 14:14
Baxış Sayı:118


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Bizim Market” Məhdud Məsuliyyətli Cəmiyyətinin mağazasında aşkarlanan 12 ton saxta kərə yağı ilə bağlı məsələyə münasibət bildirib.
Koryupsiya-q.az məlumatına görə, o, jurnalistlərə açıqlamasında bildirib ki, bu, cinayət faktıdır:
“Hazırda bu məsələ ilə hüquq-mühafizə orqanları məşğul olurlar. Yoxlama zamanı marketlərdə “Belorusskaya Korova” əmtəə nişanlı saxtalaşdırılmış kərə yağının satışının həyata keçirildiyi aşkarlanıb.
Həmin əmtəə nişanı altında, ümumiyyətlə, kərə yağı yoxdur. Ekspertizanın nəticəsi onu göstərdi ki, həmin yağ kərə yağı deyil. Bu cür faktların aşkarlanması üçün sahibkarlar məsuliyyətli olmalıdırlar”.
Sədr “Bizim Market”in Qida Təhlükəsizliyi Agentliyi adından verilən sertifikatın doğru və ya saxta olması məsələsinə də aydınlıq gətirib. O bildirib ki, market bu məsələdə AQTA-nı günahlandıra bilməz:
“Hər hansı bir şəxs, cinayətkar sertifikatı elektron tətbiq vasitələrindən istifadə edərək, saxtalaşdırıbsa, həmin saxta yağı qablaşdırıb ticarət şəbəkəsinə veribsə, bunun AQTA ilə nə əlaqəsi var? Bizim saytda şirkətlərin reyestri var və biz həmin şirkətlərin Azərbaycana idxal olunan məhsulları barədə məlumat veririk.
Hər hansı bir ticarət şəbəkəsi bununla maraqlansa, o zaman bilər ki, saxta mal var, ya yoxdur. Biz bu faktla bağlı “Bizim Market”i günahlandırmamışıq. Açıqlamamızda da bildirdik ki, burada sırf cinayətkar dəstə iştirak edib, digər şirkətin əmtəə nişanını oğurlayıb və saxtalaşdırıb”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.