Azərbaycan İdeyası

"Çoxlu şikayətlər daxil olur" - Deputatdan qaz sayğacları ilə bağlı TƏKLİF

Tarix:12-02-2021, 17:52
Baxış Sayı:169

"Qaz sayğacları ilə bağlı yaranan problem haqqında çoxlu şikayətlər daxil olur”.
Korrupsiya-q.az Sfera.az - a istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Azay Quliyev deyib.
Deputatın sözlərinə görə, "Azəriqaz” QSC-nin rəhbərliyi bununla bağlı açıqlama versə də, problem olduğu kimi qalır:
"Şikayətlərin məzmunu budur ki, mexaniki-elektron sayğacların yazdığı vəsait faktiki sərfiyyatdan fərqlənir və nəticədə vətəndaşlar istifadə etmədikləri təbii qaza görə əlavə vəsait ödəməli olurlar.
Düzdü, bu məsələ ilə əlaqədar "Azəriqaz” İstehsalat Birliyi müəyyən açıqlama verdi, əlbəttə, verilən izahat qəbul etmək olar, ancaq bundan sonra da eyni məzmunlu şikayətlərin sayı azalmadı.
Bir məsələni də xüsusi qeyd etmək istəyirəm ki, Mənzil Tikinti kooperativləri tərəfindən qanunsuz olaraq sayğaclar sakinlərə pulla satılır.
Ona görə yaxşı olar ki, "Azərqaz”ın və QHT-lərin nümayəndələrindən ibarət bir komissiya yaradılsın və məsələ şəffaf şəkildə birgə araşdırılsın, komissiyanın gəldiyi nəticə ictimaiyyətə elan edilsin.
Bundan başqa şəffaflığı artırmaq və ictimai nəzarəti təmin etmək üçün kommunal xidmətlər göstərən bütün qurumlarda, xüsusilə təbii inhisar subyektlərində İctimai şuralar yaradılsın.
"İctimai iştirakçılıq haqqında” qanunda İctimai şuraların yaradılması imperativ qaydada yalnız mərkəzi, yerli və özünüidarəetmə orqanlarının üzərinə vəzifə kimi qoyulur, lakin ehtiyac olarsa, qanunvericiliyə müvafiq dəyişiklik etmək olar ki, bu qurumlarda da ictimai nəzarət mexanizmi təmin edilsin. Məncə biz qanunvericilikdə bu dəyişikliyə getməliyik". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Qəza törədən 21 yaşlı tələbəyə HÖKM OXUNDU
Qəza törədən 21 yaşlı tələbəyə HÖKM OXUNDU