Azərbaycan İdeyası

Ölkədən kapital çıxarılmasının qarşısı alınır

Tarix:19-01-2016, 12:09
Baxış Sayı:387

Ölkədən kapital çıxarılmasının qarşısı alınır



“Valyuta tənzimi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində valyuta və kapital hərəkəti əhəmiyyətli dərəcədə liberallaşdırılır.
"Karrupsiya və Qanun" saytı AzVision.az a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
Baş bankir bildirib ki, qanun layihəsi dünyanın bir çox ölkələrində tətbiq edilir və bu, kapital və valyuta hərəkətinin liberallaşdırılmasına əsaslanır. “Kapitalın və valyutanın hərəkətinin liberallaşdırılması o deməkdir ki, ölkəyə kapital axını liberallaşdırılır. Kapital və valyuta hərəkətinə tam qadağa da qoymaq olardı. Bu, o demək idi ki, ölkəyə kapital axını qəbul edilməsin. Biz bu qanun layihəsinə görə, ölkədən kapital çıxarılmasına məsələsində yığım tətbiq etdik. Məsələn, bunlardan biri birbaşa xaricə investisiyalar, əmlakın alınması və xaricdə hesabların açılmasıdır. Bu qanun layihəsində valyuta və kapitalın hərəkətinə tam qadağa tətbiq edilməyib. Lakin insanlar təhsil, səhiyyə xərcləri ilə bağlı müvafiq sənədləri təqdim etməklə banklar tərəfindən bu proses tənzimlənəcək. Burada 20%-lik yığım tətbiq olunacaq. “Valyuta tənzimi haqqında” qanun layihəsi valyuta və kapital hərəkətini tam qadağan etmir, sadəcə bu proseslər iqtisadi metodla tənzimlənir”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb