Azərbaycan İdeyası

Nazir təkzib etdi: `Xaricdən borc almayacağıq`

Tarix:28-01-2016, 18:18
Baxış Sayı:386

Nazir təkzib etdi: `Xaricdən borc almayacağıq`




Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə kredit cəlb edilməsi məsələsini müzakirə etmir.
Bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib. Onun sözlərinə görə, 4 milyard dollar həcmində kredit cəlb edilməsi barədə söhbət yoxdur:
"Nazirlik beynəlxalq maliyyə institutları ilə yardım məsələlərini müzakirə edir, bank sektoru ilə bağlı vacib qərarlar qəbul edilir. Biz xarici dövlətlərə özümüz borc veririk. Kimsə bunu başqa cür şərh edirsə, mən bunu onların etikalarına buraxıram. Azərbaycanın Beynəlxalq Valyuta Fondunda iştirakı ona görədir ki, istədiyimiz vaxt üzv kimi fonda müraciət edək. Bir daha qeyd edirəm ki, hər hansı yardım paketindən söhbət gedə bilməz", - deyə nazir qeyd edib.
Qeyd edək ki, "Financial Times" nəşri iddia edir ki, Azərbaycan BVF və DB ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparır. Bu barədə nəşrə BVF-nin nümayəndəsi bildirib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb