Azərbaycan İdeyası

Dünənki fərman manata necə təsir edəcək? – “Kəskin ucuzlaşma olmayacaq”

Tarix:11-01-2017, 15:20
Baxış Sayı:388

 Dünənki fərman manata necə təsir edəcək? – “Kəskin ucuzlaşma olmayacaq”


Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Neft Fondunun 2017- cı il üçün xərclər smetası prezidentin fərmanı ilə təsdiq olunub.
Korrupsiya və Qanun saytı “Qafqazinfo” ya istinad olaraq, xəbər verir ki, smetada diqqət çəkən məqam ilk dəfə olaraq ölkədə makroiqtisadi sabitliyi təmin etmək üçün Dövlət Neft Fondundan Mərkəzi Banka transfertin edilməsidir. Belə ki, fondun Mərkəzi Banka 7,5 milyard manat həcmində transfert etməsi gözlənilir.
İqtisadçılar Fonddan Mərkəzi Banka transfert edilməsini manata dəstək istiqamətində dəyərləndirirlər. Maraqlıdır, bəs bu vəsait manatın məzənnəsinin sabit saxlanılmasına təsir edə biləcəkmi?
İqtisadçı Zöhrab İsmayıl bunun Neft Fondunun gələcək nəsillər üçün nəzərdə tutulmuş 35 milyardlıq aktivlərinin hesabına baş tutacağını bildirir.
Ekspert Samir Əliyev isə “Qafqazinfo” ya açıqlamasında qeyd edib ki, bu pul hələ ki, 2017- ci ilin büdcəsində nəzərdə tutulub:
“Ancaq 2017- ci ilin büdcəsində 6 milyarddan çox kəsir yaranıb. Həmin kəsri bu büdcə ödəyə bilməz. Ona görə də aktivləri ölkəyə gətirməli olacaqlar. Əgər neftin qiyməti qalxsa, kəsri büdcədən ödəmək mümkün olacaq, aktivlərə ehtiyac qalmayacaq”.
Onun sözlərinə görə, ilk dəfə olaraq Neft Fondundan Mərkəzi Banka transfertin baş tutması makroiqtisadi sabitliyi təmin etmək üçün atılmış addımdır:
“İqtisadçılar həmişə vurğulayırdılar ki, manatı xilas etmək üşün Neft Fondunun vəsaitlərindən istifadə etmək olar. Çünki manata bu gün çox böyük təzyiqlər var. Üzən məzənnəyə keçmək mümkün deyil. Banklar dollar satmır və belə olan halda bunun neqativ təsirlərini cəmiyyətdə görmək mümkündür. Bu ölkədə sosial gərginlik yaradırdı. Məhz bu gərginliyi azaltmaq üçün bu addım atıldı.
Nəzərə alaq ki, 2017- ci ildə vəziyyət daha gərgindir. Həm dövlətin, həm də bankların xarici öhdəlikləri çoxdur. Borcları qaytarmaq üçün pulu bazardan almalıdırlar. Belə olan halda da dollara təlabat artacaq. Düşünürəm ki, Mərkəzi Banka ayrılan pulun əhəmiyyətli bir hissəsi xarici öhdəliklərin ödənilməsinə sərf olunacaq. İkincisi, banklara likvidlik vermək üçün həmin vəsaitdən istifadə oluna bilər. Üçüncüsü, valyuta hərraclarında ehtiyac yaranarsa, Mərkəzi Bank vəsaitin bir hissəsini hərraca da çıxara bilər. Yəni, ayrılmış vəsait üç istiqamətdə iqtisadiyyata yönələcək.
Bunların hər biri manatın sabitliyini təmin etmək üçün vacibdir. Əgər qeyri-adi hadisə baş verməsə, bu il manatı sabit saxlamaq mümkün olacaq. Manatın sabit saxlanılması heç də məzənnənin indiki səviyyədə qalması demək deyil. Sabitlik odur ki, kəskin ucuzlaşma olmayacaq. Artıq Mərkəzi Bank manatı rahat idarə edə biləcək [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO