Azərbaycan İdeyası

Manat möhkəmlənir, ancaq banklar manatla kredit vermir

Tarix:10-03-2017, 12:24
Baxış Sayı:648

 Manat möhkəmlənir, ancaq banklar manatla kredit vermir
Rusiya rublu gücləndikdən sonra bu ölkədə bankların əhaliyə kredit verməsində artım müşahidə olunur. Azərbaycanda isə fevral ayının 3-dən etibarən manatın məzənnəsində stabillik yaransa da , hələ ki banklar manatla kredit verməməkdə israrlıdırlar. Banklar manatla kredit verməkdən, vətəndaşlar isə dollarla kredit almaqdan çəkindikləri üçün demək olar ki, bank sektorunda kreditləşmə tamamilə dayanıb. Bəs görəsən, bankların manatla kredit verməkdən çəkinməsinin səbəbi nədir? Manata inam hələ tam bərpa olunmayıb, yoxsa milli valyutanın kəskin dəyər itirəcəyi ilə bağlı cəmiyyətə açıqlanmayan proqnozlar var?
Bu sualı cavablandıran iqtisadçı ekspert Qubad İbadoğlu bildirdi ki, yalnız banklar deyil, həm də biznesmenlər və istehlakçılar manata etimad göstərmirlər: “Digər səbəbi isə manatla pul kütləsinin azalması və manat qıtlığı ilə bağlıdır. Bu da makro-monetar siyasətin xarakterindən irəli gəlir və bu vasitəs ilə məcmu tələb məhdudlaşdırılır. Onun da yeganə effekti dollara tələbatın aşağı salınmasıdır”.
İqtisadçı ekspert Pərviz Heydərov isə “Yeni Müsavat”a danışarkən vurğuladı ki, manatın hələ tam olaraq sabitləşdiyi haqda danışmaq tezdir: “Bu tendensiya müəyyən vaxt aparacaq. Bunun üçün manatın dəyərini müəyyən edən amillər sırasında qeyri-neft ixracı potensialı önə çıxmalıdır. Bu isə təkcə 1 il ərzində nail olunacaq məsələ deyil. İkinci isə kreditləşməni təkcə manatın vəziyyəti ilə əlaqələndirmək də düzgün deyil. Bankların kredit verə bilmələri üçün birincisi, onların öz vəziyyətləri yaxşı olmalıdır. Verdiyi kreditləri ala bilməyən bank istər dollarda olsun, istərsə də manatda, kredit təklifində necə maraqlı ola bilər?! İkincisi də kreditə tələbat olmalıdır. Keçəndəfəki açıqlamamda da qeyd etdim ki ölkədə iqtisadi aktivlik hal-hazırda sıfır vəziyyətindədir. Kreditlərə tələb yoxdur. İndiyədək alınan kredit vəsaitləri üzrə geri ödəniş artıq uzun müddətdir tıxacla üzləşib. Ticarət səviyyəsi minimuma enib. İşgüzarlıq üçün stimullaşdırıcı xarakter daşıyan amillər xüsusən, obyektiv nöqteyi-nəzərdən yox dərəcəsindədir. Banklar krediti kimlərə və nədən ötrü versinlər ?! Və ən nəhayət, belə məsələlərdə Rusiyadakı real şəraitlə müqayisə aparmaq düzgün deyil. Rusiyada bazar böyükdür, yerli istehsal var, bank sektoru devalvasiya prosesindən bizdəki qədər zərər çəkmədi”.
Ekspert onu da vurğuladı ki, Rusiyada bank sistemi bizdəki ilə müqayisədə daha sağlam idi: “Bizdə ən böyük sistem əhəmiyyətli bank olan Beynəlxalq Bank az qala bütün sektoru çökdürmüşdü. Hazırda böyük bərpa və sağlamlaşdırma prosesi gedir. Yəni ki, bütün bunlar öz stabil tempini tapmasa, normal kredit təklifinin yaranacağını gözləməyə dəyməz. Və son olaraq onu da nəzərə çatdırım ki, ölkəmizdə həm də hazırda sərt-pul kredit siyasəti həyata keçirilməkdədir. AMB-nin uçot dərəcəsi 15 % təşkil edir. Yəni faktiki manatla mərkəzi kredit resursları da ucuz deyil. Banklar belə şəraitdə hansı şəkildə manatla sərfəli kredit təklif etsinlər?..”
İqtisadçı ekspert Natiq Cəfərli də hesab edir ki, rublun məzənnəsinin stabil qalması artıq aylardır davam edir və banklar da bu məzənnəyə adaptasiya olublar: “Bu mənada Rusiyada kreditləşmənin həcmi artıb. Bu da iqtisadiyyat üçün çox vacibdir. Kreditləşmənin həcmi artdıqca ölkədə iqtisadi canlanma yaranır. Azərbaycanda isə bu bir aydır ki, baş verir. Manatın stabil qalmasının səbəbi iqtisadi amillərlə izah oluna bilməz. Manatın məzənnəsi inzibati üsullarla tənzimlənir. Dünyada son iki gün neftin qiyməti 8 faizdən çox aşağı düşüb. Rublun dəyəri dollar qarşısında aşağı düşüb, türk lirəsi də ucuzlaşmaqda davam edir. Bu gün dünyada dolların indeksi az da olsa yüksəlib. Amma Azərbaycanda keçirilən hərracda dollar ucuzlaşdı. Bunu iqtisadi parametrlərlə izah etmək mümkün deyil. Azərbaycanda baş verən prosesi sadə dillə izah etsək, Mərkəzi Bank dövriyyədən bacardıqca çoxlu həcmdə manat yığmağa çalışır. Dövriyyədə olan manatın həcmini 2 dəfədən çox aşağı salıb. Bu, həm banklarda manat qıtlığı yaradıb, həm də kreditləşmənin zəifləməsinə səbəb olub. Mərkəzi Bank bununla manatı qorumağa çalışsa da, iqtisadi aktivliyə zərər vurur. Bu anlamda Rusiya ilə aparılan müqayisə doğru deyil. Rusiyada qiymətli kağızlar birjası var, 11 minə yaxın şirkət gün ərzində valyuta alıb satır. Azərbaycanda isə bazarda iki oyunçu var- Mərkəzi Bank və Neft Fondu. Bu da həm məzənnədəki sabitliyin müvəqqəti olduğunu deməyə əsas verir, həm də dövriyyədə manat az olduğu üçün manatla olan kreditlərin də azaldığını müşahidə edirik”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb