Azərbaycan İdeyası

Bakı bazarlarında pomidor ucuzlaşdı – VİDEO

Tarix:30-03-2017, 11:44
Baxış Sayı:238

 Bakı bazarlarında pomidor ucuzlaşdı – VİDEO
Bazarlarda pomidor ucuzlaşıb.
Korrupsiya və Qanun saytı Xezerxeber.az-a istinadla məlumat verir ki, bu həm yerli, həm də xaricdən gətirilən pomidorun qiymətində müşahidə olunur.
Paytaxtın Nizami rayonu ərazisində yerləşən “8-ci kilometr” bazarında pomidorun qiymətində 70 qəpiklə 1 manat 50 qəpik arasında enmə var.
İran və Türkiyədən idxal edilən pomidorların qiymətində də ucuzlaşma müşahidə olunur.
Bəs pomidorun ucuzlaşmasına səbəb nə olub?
Satıcılar ucuzlaşmaya bir müddət əvvəl Azərbaycandan Rusiyaya ixrac edilən 16 ton pomidorun Dağıstanla sərhəddə saxlanılaraq geri qaytarılmasını və bu məhsulların daxili bazara yönləndirilməsinin səbəb olduğunu deyirlər. Bununla yanaşı, bayramdan sonra bazarlarda alıcıların azalmasının da ucuzlaşmaya səbəb olduğu deyilir.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya Kənd Təsərrüfatı Mallarına Nəzarət İdarəsinin mütəxəssisləri Dağıstanın Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsində Azərbaycandan Rusiyaya aparılan 16,2 ton pomidoru saxlayıblar. Malın Rusiyaya buraxılmamasına səbəb məhsulda zərərli Cənubi Amerika tomat güvəsinin aşkar edilməsi göstərilib. Dövlət Fitosanitar Nəzarəti Xidməti isə güvə ilə bağlı iddiaları təsdiqləməyib.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı