Azərbaycan İdeyası

Bakıda qiymətlərin aşağı olacağı yeni marketlər şəbəkəsi yaradılır

Tarix:5-06-2017, 16:13
Baxış Sayı:548

 Bakıda qiymətlərin aşağı olacağı yeni marketlər şəbəkəsi yaradılır


“Azərbaycan Supermarket” şirkəti ekspres formatda marketlərini istifadəyə verməyə hazırlaşır.

“Marja” xəbər verir ki, tezliklə Xaqani 26/32 ünvanında (Landmark-ın yanı) yeni formatda “Bravo Ekspres” fəaliyyətə başlayacaq. Əvvəllər bu ünvanda “Tahir 96” marketi fəaliyyət göstərirdi.
BÜTÜN BAKINI ƏHATƏ EDƏCƏK
“Bravo Ekspres olaraq maksimum keyfiyyəti minimum qiymətə sizə gətirir. Bundan sonra yeni format, Bravo Ekspres mağazalarına bütün Bakı ərazisində rast gələcəksiniz. Bir sözlə Bravo Sizə daha yaxın olacaq”,- şirkətdən bildirilib.
Xətai rayonunda (Əhmədli qəsəbəsi, Ramiz Quliyev 4, Keçmiş Radio Zavod) Bravo Hipermarketi, “Gənclik Mall” ticarət mərkəzində və Bilgəhdə “Amburan Mall”da Bravo supermarketi fəaliyət göstərir.
Qeyd edək ki, son vaxtlar endirim mağazalarının (Discount market) sayı artır. Endirim mağazası uzun zamandır istifadə edilən pərakəndə ticarət modelidir. Bu mağazalar ana prospektlərdə və ya icarə haqlarının yüksək olduğu ünvanlarda yerləşmirlər. Belə marketlərə məhəllə marektləri də demək olar. Endirim mağazalarında geniş tanınmamış markaların məhsullarının satılmasına üstünlük verilir.
“Marja” xəbər verir ki, Azərbaycanda ən böyük “discount market” şəbəkəsi “Veysəloğlu” şirkətlər qrupuna bağlı “OBA”dır. “Azersun Holdinq” də “Sərfəli” adında endirimli market şəbəkəsini yaradır.
“Azərbaycan Supermarket” şirkətindən “Marja”ya bildirildi ki, “Bravo Ekspres” endirimli mağaza formatına aid edilmir. “Bravo Ekspres”lərin açılmasında məqsəd alıcıların daha rahat və sürətli alış-veriş etmələrini təmin etməkdir. “Bravo Ekspres”də əsasən gündəlik təlabat mallarının satışına üstünlük veriləcəkdir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO