Azərbaycan İdeyası

Mərkəzi Bankın zəruri saydığı 200 manatlıqlar niyə dövriyyədə deyil? - RƏY

Tarix:25-07-2018, 11:29
Baxış Sayı:293

 Mərkəzi Bankın zəruri saydığı 200 manatlıqlar niyə dövriyyədə deyil? - RƏY


Ötən ay dövriyyəyə buraxılan 200 manatlıq əskinasların hələ də hesablaşmalardakı payı azlıq təşkil edir.
Nağd əməliyyatlarda, pərakəndə satış zamanı ödənişlərdə 200 manatlıq əskinaslara, demək olar ki rast gəlinmir.
Sadəcə, barmaqla sayıla biləcək qədər şəxsdə 200 manatlıq əskinas var. Onlar da bu nominalı nadir nümunə kimi istifadə edirlər. Yəni portmanatlarının bir cibində kimlərəsə belə nominala sahib olduqlarını göstərmək məqsədilə saxlayırlar.
Xatırladaq ki, Mərkəzi Bank sədri bankların istənilən həcmdə sifariş yerləşdirib 200 manatlıq əskinasları təhvil ala biləcəyini söyləmişdi. Həmçinin bildirmişdi ki, bu əskinaslar üçün daha yüksək tarif dərəcəsi - 0,2% müəyyən edilib.
Görünür, digər əskinaslar üçün 0,1% tarif dərəcəsinin mövcud olması bankları 200 manatlıq əskinas almağa maraqlı etmir.
Kimdə 200 manatlıq əskinas var?
Əvvəlcə müştəri kimi bankların kassalarına müraciət etdik. Bildirdilər ki, onlarda 200 manatlıq əskinas yoxdur. Market və dükanlardan da eyni cavabı aldıq.
İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, 200 manatlıq əskinasların iyun ayında dövriyyəyə buraxılmasına baxmayaraq, çoxları bu əskinasları görməyib:
"Bu da praktik olaraq, əskinasların dövriyyədə payının az olması və ya az nominalın buraxılması ilə bağlıdır. Digər tərəfdən, 200 manatlıq əski
Ekspert deyir ki, 200 manatlıqların dövriyyəyə buraxılması pul bazasında heç nəyi dəyişməyib:
"Hesablaşmalara təsir etməyib. Belə ki, 100 manatlıq nominalların dövriyyəsini azaltmayıb. Baxmayaraq ki, 200 manatlıq əskinasların buraxılmasını Mərkəzi Bank zəruri hesab edirdi".
Onun sözlərinə görə, indiki məqamda irinominallı əskinasların dövriyyəyə buraxılmasına ehtiyac yoxdur. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb