Azərbaycan İdeyası

Beş qəpikdən 30 qəpiyə: Bakı metrosunda gediş haqları necə dəyişib?

Tarix:12-09-2018, 13:05
Baxış Sayı:295



Beş qəpikdən 30 qəpiyə: Bakı metrosunda gediş haqları necə dəyişib?




“Bakı Metropoliteni” QSC-də gediş haqqının tarixçəsi barədə məlumat verilib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bununla bağlı məqalə hazırlayıb.
Qurum rəsmisi bildirib ki, 1967-ci il noyabrın 6-dan istismara başlanmış “Bakı Metropoliteni”ndə Azərbaycan müstəqillik qazanana qədər gediş haqqı 5 qəpik olub:
“1992-ci ilə yanvarın 4-də “Bakı Metropoliteni”ndə ilk dəfə gediş haqqının qiymət dəyişikliyi edilib və qərara əsasən, qiymətlər 15 qəpik olub. Yeni qiymət 1992-ci il martın 1-nə qədər qüvvədə qalıb. Həmin tarixdən bir sərnişinin daşınma haqqı 30 qəpik müəyyən edilib.
Gediş haqqını ödəmək üçün sərnişin keçid məntəqəsində avtomat-nəzarət aparatına iki ədəd 15 qəpiklik daxil edib. 1992-ci ilin iyun ayından gediş haqqı 1 rubl olub. Həmin vaxtdan jeton sistemi tətbiq edilməyə başlanılıb”.
Bəxtiyar Məmmədov bildirib ki, 1992-ci ilin dekabrın 17-də qiymətlər yenə dəyişib:
“Sərnişin metropolitendən istifadəyə görə 3 rubl ödəməli olub. 1993-cü ildə qiymətlər iki dəfə dəyişib. İyulun 26-dan metropolitendən istifadənin qiyməti 5 rubl müəyyən edilib.
Dekabrın 1-də isə gediş haqqı 30 rubl təyin edilməklə yanaşı, ödəmə vasitəsi kimi talon sistemi müəyyən edilib. 1994-cü il yanvarın 1-dən yenidən jeton sistemi tətbiq edilməklə sərnişinlər gediş haqqını milli pul vahidi – Azərbaycan manatı ilə ödəməyə başladılar. Bir jeton və ya bir gediş sərnişinə 3 manata başa gəlib.
1994-cü il fevralın 15-də yenidən talon sistemi tətbiq edilməklə gediş haqqı 5 manat olub. Həmin il iyulun 1-dən jeton sisteminə qayıdış olub. Metropolitendən istifadə isə 20 manat müəyyən edilib.
1994-cü il noyabrın 7-də sərnişin 50 manat ödəməklə metropolitendən istifadə etməyə başlanılıb. Həmin il dekabrın 15-dən gedişin qiyməti 100 manat olub. Qiymətlər 1995-ci il fevralın 5-də dəyişdi və 300 manat təyin edilsə də, cəmi 6 gün sonra 150 manata endirilib”.
QSC-nin rəsmisi qeyd edib ki, daha sonra qiymət dəyişikliyi 1996-cı il iyunun 27-də olub:
“250 manata gediş haqqı 10 ilə yaxın dəyişməz qalıb. 2006-cı il yanvarın 1-dən yeni milli pul siyasətinin nəticəsi kimi, qiymətlər də yenilənib. Yeni Azərbaycan manatı ilə gediş haqqı 5 qəpiyə bərabər olub. Həmin il martın 1-dən gediş haqqının yeganə ödəmə vasitəsi 2 manat dəyərində girov haqqı ödənişi olan plastik kartlara keçilib.
30 sentyabr 2009-cu ildə Tarif (Qiymət) Şurasının iclasında “Bakı Metropoliteni”ndə gediş haqqının qaldırılması barədə məsələ müzakirə olunub. Oktyabrın 1-dən gediş haqqının 15 qəpik olması barədə qərar qəbul edilib.
2011-ci il noyabrın 24-də Tarif (Qiymət) Şurasının iclasında metropolitendə gediş haqqının qaldırılması barədə məsələ müzakirə olunub. Həmin qərara əsasən, 2011-ci il dekabrın 1-dən gediş haqqı 20 qəpik həddində müəyyənləşdirilib. Tarif (qiymət) Şurasının 2018-ci ilin 30 iyul tarixində keçirilən iclasında cari il avqustun 1-dən 1 gediş üçün 30 qəpik müəyyən olunub”.












[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb