Azərbaycan İdeyası

Azərbaycanda inflyasiya açıqlandı

Tarix:12-11-2018, 14:42
Baxış Sayı:260


 Azərbaycanda inflyasiya açıqlandı

Azərbaycanda inflyasiya 2.6%-dən 2,4%-ə düşüb (qiymətlər son 12 ayda 2,4% artıb). Sentyabr ayı ilə müqayisədə isə Oktyabrda inflyasiya dəyişməyib və qiymətlər aylıq 0,2% artıb.
2018-ci ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz bahalaşmışdır.
Bu barədə “Marja”ya Dövlət Statistika Komitəsindən bildirilib.
Cari ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının və qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşmışdır.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,0 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,5 faiz bahalaşmışdı. Cari ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşmışdı.
Oktyabr ayı ərzində unun, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, marqarin və zeytun yağlarının, bananın, pomidorun, badımcanın, yerkökünün, çuğundurun, kartofun, qəhvə, çay və kakaonun, tütün məmulatlarının və spirtli içkilərin qiymətlərində bahalaşma, manna və qarabaşaq yarmasının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, göyərtinin, xiyarın, göy lobyanın, kələmin, sarımsağın, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Ay ərzində qeyri-ərzaq mallarından parçaların, geyimin, ayaqqabıların, inşaat materiallarının, kiçik elektrik cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, fərdi və planşet tipli kompüterlərin, dəftərxana ləvazimatlarının qiymətlərində bahalaşma, paltaryuyan maşınların, kondisionerlərin, tozsoranların, mobil telefonların, fotoaparatların qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Oktyabr ayında sentyabr ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma, avtomobillərin təmiri, bərbərxana və kosmetoloji xitmətlərin qiymətləri, mənzillərin icarə haqqı, kompüter kurslarında təhsil haqqı bahalaşmış, dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşmışdır. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

OXŞAR XƏBƏRLƏR
Sabunçu məhkəməsinin qərarı 10 ildir icra olunmur
Sabunçu məhkəməsinin qərarı 10 ildir icra olunmur
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Məhkəmə-Hüquq Şurasının sədri cənan İnam Kərimova
Məhkəmə-Hüquq Şurasının sədri cənan İnam Kərimova
Hardasan, ay Polad Həşimov? – Qəbələdə hərbçi ailəsini hərbi şəhərcikdəki evindən qovurlar
Hardasan, ay Polad Həşimov? – Qəbələdə hərbçi ailəsini hərbi şəhərcikdəki evindən qovurlar
Azərbaycanda suyun qiyməti bu cür olacaq – 20 kubdan yuxarı….
Azərbaycanda suyun qiyməti bu cür olacaq – 20 kubdan yuxarı….
TƏBİB-in sədr əvəzi kimdir?
TƏBİB-in sədr əvəzi kimdir?
Vüqar Qurbanovdan ilk - Açıqlama
Vüqar Qurbanovdan ilk - Açıqlama
Vüqar Qurbanovu vəzifəsindən onlar azad etdi+FOTO
Vüqar Qurbanovu vəzifəsindən onlar azad etdi+FOTO