Azərbaycan İdeyası

Sığortaolunanların sayı artıb

Tarix:4-11-2015, 12:37
Baxış Sayı:397

Fərdi şəxsi hesabı olan sığortaolunanların sayı son statistikaya əsasən xeyli yüksəlib.
"Korrupsiya və Qanun" qəzetinə istinadən Dövlət Sosial Müdafiə Fondundan Axar.az-a verilən məlumata görə, noyabr ayının 1-nə olan statistikaya əsasən, Fond tərəfindən oktyabr ayında əlavə olaraq 16.147 sığortaolunana fərdi şəxsi hesab açılıb. İlin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 5,92 faiz artıb.
Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3.152.503 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 1.865.815 nəfəri kişi, 1.286.688 nəfəri isə qadındır.
Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 788.890 nəfərini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 669.702 nəfəri 30 yaşa kimi olan şəxslər, 647.223 nəfəri 40-50 yaş aralığında olan şəxslər, 667.033 nəfəri 50-60 yaş aralığında olan şəxslər, 379.655 nəfərini isə 60 yaşdan yuxarı olan şəxslər təşkil edir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO