Azərbaycan İdeyası

Çörək bahalaşıb? - Nazirdən açıqlama

Tarix:18-02-2019, 15:02
Baxış Sayı:202

   Çörək bahalaşıb? - Nazirdən açıqlama


Azərbaycanda çörəyin qiymətinin artacağı ilə bağlı məlumatlar yayılıb, hətta bəzi sahibkarların artıq çörəyin çəkisi hesabına qiyməti qaldırdığı iddia olunur.
Korrupsiya-q.az xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev bu barədə məlumatlara aydınlıq gətirib.
Onun sözlərinə görə, Azərbaycan buğdanın bir hissəsini idxal edir və idxal etdiyi ölkələrdə buğdanın qiyməti bir qədər artıb.
“Bunun təsiri Azərbaycanda da hiss oluna bilərdi. Amma hökumət tərəfindən zəruri tədbirlər görülüb. Həm buğda idxalçıları, həm çörək bişirən sahibkarlarla, həmçinin, ticarət şəbəkələrinin nümayəndələri ilə görüşlər keçirilib, hesablamalar aparılıb. Hazırda çörəyin qiymətində hər hansı dəyişiklik gözlənilmir. Lazım olan hallarda hökumət tərəfindən əlavə tədbirlər görüləcək ki, bu qiymətlər alıcılara təsir etməsin”, - deyə nazir qeyd edib.
O bildirib ki, bazarda qiymətlər gündəlik nəzarətdə saxlanılır:
“Bütün zəruri ərzaq məhsullarının qiymətlərinin gündəlik monitorinqi aparılır. Hazırda hər hansı süni qiymət artımına rast gəlinmir. Hökmran mövqeyə malik sahibkarlar tərəfindən süni qiymət artımına yol verilməsinin qarşısı daim alınır. Bazar prosesində bəzi qiymətlər arta, düşə bilər.
Bu, normal prosesdir. Əsas odur ki, hökumət tərəfindən, aidiyyəti strukturlar tərəfindən nəzarət təmin olunur. Süni qiymət artımı aşkar olunarsa, dərhal müdaxilə olunur, tədbirlər görülür. Digər tərəfdən qiymətlərin artım səbəbləri araşdırılır və zəruri olan hallarda mütləq iqtisadi alətlərlə qarşısı alınır”.
Ş.Mustafayev vurğulayıb ki, dövlət tərəfindən ölkədə süni qiymət artımlarının qarşısının alınması üçün tədbirlər görülür:
“Ölkəyə idxal olunan, payı 35 faizdən yuxarı olan idxalçılar, eyni zamanda, istehsalda analoji payı olan istehsalçılar nəzarətdədir və onlar qiymətləri dövlətin razılığı olmadan qaldıra bilməzlər”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub