Azərbaycan İdeyası

Azərbaycan hazırdır: bu gündən etibarən Avropa...

Tarix:1-07-2019, 14:33
Baxış Sayı:161


Cənub Qaz Dəhlizinin ən uzun halqası olan Trans Anadolu Təbii Qaz Boru Xətti (TANAP) 1 iyuldan etibarən Azərbaycan qazını Avropaya nəql etməyə hazırdır.

Publika.az - a İstinadla xəbər verir ki, bu barədə TANAP informasiya yayıb.
Azərbaycanın Şahdəniz-2 platformasından çıxan təbii qazı Türkiyə-Yunanıstan sərhədində Trans Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) vermək üçün çəkilən 850 km-lik boru xətti hazırdır. TAP-ın tamamlanmasından sonra Azərbaycan qazı gələn ildən etibarən Avropaya nəql olunacaq.
Beləliklə, Türkiyə-Yunanıstan sərhədində TAP ilə birləşən TANAP Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən genişmiqyaslı qaz boru xətti ünvanına sahib olacaq.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev açıqlamasında TANAP-dan Türkiyəyə ilk qaz nəqlinin ötən ildən başlandığını xatırladaraq “bu gün TANAP artıq Avropaya da təbii qazın təhvil verilməsi üçün hazır vəziyyətdədir və yalnız TAP-dakı çalışmaların tamamlanması gözlənilir. Azərbaycan bu gün bütün dünyaya təkrar göstərdi ki, biz sadəcə ölkə daxilində deyil, ölkə xaricində də böyük layihələri zamanında və yüksək keyfiyyətlə gerçəkləşdirmək məsələsində son dərəcə uğurludur” sözlərini qeyd edib.
Təxminən, 7 milyard dollar sərmayə ilə başa gələn TANAP-dan Türkiyəyə ticari qaz axını 30 iyun 2018-ci ildə start götürmüşdü. TANAP-da SOCAR və Azərbaycan İqtisadiyyat Nazirliyinin ortaq layihəsi olan Cənub Qaz Dəhlizi Koridorunun 51%-i, Boru Xətləri və Neft İxracının 30%-i, BP-nin 12%-i, SOCAR Türkiyə Enerjinin 7%-i var. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb