Azərbaycan İdeyası

Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb

Tarix:11-11-2015, 10:56
Baxış Sayı:384

Cari ilin noyabrın 1-i tarixinə olan statistikaya əsasən, ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 19,75 faiz artıb.
"Korrupsiya cə Qanun" qəzetinin məlumatına əsasən DSMF-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, oktyabr ayı ərzində əlavə olaraq 472 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 26 972 nəfərə yüksəlib.
Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 88,2 faizini (23 779 nəfər) kişilər, 11,8 faizini (3 193 nəfər) isə qadınlar təşkil edir.
Ümumilikdə 115 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə vətəndaşları (13 583 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 949 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 617 nəfərə çatıb.
Sonrakı yerlərdə Hindistan (966), İran İslam Respublikası (960), Çin Xalq Respublikası (844), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (548), Pakistan İslam Respublikası (531), Ukrayna (422), Banqladeş Xalq Respublikası (375), Özbəkistan (269), Almaniya Federativ Respublikası (247), Filippin Respublikası (235), ABŞ (230), Qazaxıstan Respublikası (211), Türkmənistan Respublikası (209), Koreya (189), İtaliya Respublikası (187) və s. ölkələr qərarlaşıb.
Xatırladaq ki, 2006-cı il yanvarın 1-dən Azərbaycan mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.


[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO