Azərbaycan İdeyası

“Xalq Bank” kredit faizlərini kəskin endirdi

Tarix:22-07-2019, 16:26
Baxış Sayı:202



ASC “Xalq” Bankının mətbuat xidmətindən aldığımız məlumata görə, “Xalq Bank” bütün kredit məhsullarının faiz dərəcələrini kəskin surətdə azaldıb. İndi bankın milli valyutada verdiyi biznes kreditləri 12-19 faiz dərəcəsi ilə təklif olunur. Əhaliyə verilən istehlak kreditlərinin illik faiz dərəcələri 16-20 faiz təşkil edir.
Bu addım “Xalq Bank”ın kredit məhsullarını bazarda mövcud olan kreditlər arasında ən əlverişli təklifə çevirir.
Qeyd edək ki, ölkənin bank sektorunda kredit faizlərinin bu cür kəskin şəkildə endirilməsi halı ilk dəfə baş verir. Bankın nümayəndəsi kredit faizlərinin endirilməsini dövlətin monetar siyasəti, Mərkəzi Bankın aşağı uçot dərəcəsi, bazarda makro-iqtisadi vəziyyətin sabitliyi, əməkhaqqılarının və əhalinin ödəmə qabiliyyətinin yüksəlməsi, yüksək likvidlik, ümumi sabitlik fonunda biznes risklərinin azalması və digər müsbət amillərlə izah edir.
“Xalq Bank”ın təklif etdiyi biznes kreditlər 5 ilədək müddətə illik 12-19 faiz, istehlak kreditləri isə 4 ilədək müddətə 16-20 faiz verilir. Bankdaxili ipoteka proqramını bərpa edib və ipoteka krediti müştərilərə maksimal məbləği 250 000 manat olmaqla, 10 ilədək müddətə, 10-12 faizlə təklif olunur.
Dəyişikliklər artıq təsdiqlənib və yaxın günlərdə qüvvəyə minəcək.
“Xalq Bank”ın xidmət və məhsulları haqda ətraflı məlumat almaq üçün filiallara, www.xalqbank.az internet səhifəsinə və ya 138 qısa nömrəsi ilə Məlumat mərkəzinə müraciət edə bilərsiniz. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb