Azərbaycan İdeyası

Əmanətlər təhlükədədirmi? - Fond rəhbərindən açıqlama

Tarix:11-11-2015, 17:10
Baxış Sayı:424

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov mətbuatda Fondun sığorta ehtiyatlarının az olması ilə bağlı səslənən fikirlərə münasibət bildirib.
"Korrupsiya və Qanun" qəzetinin aldığı məlumatına əəsasən “Qafqazinfo” xəbər verir ki, fins.az-a açıqlama verən fond rəhbəri deyib ki, hazırda Fondun sığorta ehtiyatları Avropa standartları ilə müəyyən edilmiş normadan iki dəfə çoxdur. «Avropa standartlarına görə, əmanətlərin sığortalanması ilə məşğul olan fondun sığorta ehtiyatları bütün əmanətlərin 0.8%-i qədər olmalıdır. Yəni, bu gün Azərbaycanda 7.3 milyard manat əmanət varsa, ƏSF-nin sığorta ehtiyatları 58 milyon manat olmalıdır. Halbuki, bizdə bu rəqəm 109 milyon manatdır. Onu nəzərə almaq lazımdır ki, əmanətlərin böyük hissəsi böyük banklarda yerləşdirilib və onlarda sığorta hadisəsinin olması ehtimalı azdır. Nisbətən kiçik olan 20 bankda isə cəmi 100 milyon manat əmanət yerləşdirilib. Yəni, bu banklarda problem yaransa belə, Fondun əmanətləri qaytarmağa pulu var. Odur ki, əmanətlərlə bağlı narahatlığa ehtiyac yoxdur» – deyə Azad Cavadov qeyd edib.

Azad Cavadov onu da əlavə edib ki, ƏSF-nin sığorta ehtiyatları bütün sığortalı əmanətləri qaytarmağa imkan verməsə, bu işi dövlət edəcək: «Bütün bank sisteminin çökməsi onsuz da mümkün deyil. Amma sığorta ehtiyatlarımız əmanətləri qaytarmağa imkan verməsə belə, əmanətlərin sığortalanması qanunvericiliyinə uyğun olaraq, Fond istiqraz buraxmaqla, ən pis halda dövlətdən vəsait cəlb etməklə əmanətləri qaytara bilər. Bu təcrübə başqa ölkələrdə də olub. Məsələn, 1998-ci ildə Yaponiyada, 2003-cü ildə Türkiyədə əmanətlər dövlətin hesabına qaytarılıb. Eləcə də yaxın dövrdə MDB-nin iki ölkəsində - Rusiyada və Ukraynada əmanətlərin sığortalanmasına cavabdeh fondların pulu çatmamışdı, dövlət əmanətçilərin pulunu qaytardı. Azərbaycanda da bunu etmək olar». [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO