Azərbaycan İdeyası

Azərbaycanda neft hasilatı artıb

Tarix:7-08-2019, 11:15
Baxış Sayı:172

KORRUPSİYA-Q.AZ
2018-ci ildə Azərbaycanda xam və qeyri-ənənəvi neft və təbii qazın hasilatı 2017-ci ildəki gündəlik 783 min barelə nisbətən 793 min barel təşkil edib. Bu barədə Trend İtaliyanın "Eni" şirkətinin "World Oil Review-2019" hesabatına istinadən xəbər verir.

Hesabatda deyilir ki, 2018-ci ildə Azərbaycanda neft istehlakı 2017-ci ildəki 96 min barellə müqayisədə gündəlik 97 min barel təşkil edib. Ölkədə adambaşına neft istehlakı 2017-ci ilə nisbətən dəyişmədən 2018-ci ildə 3,57 barel olub.

Şirkətin məlumatına görə, 2018-ci ildə Azərbaycana xam və qeyri-ənənəvi neft idxalının həcmi gündə 1000 barel təşkil edib.

Hesabata görə, 2018-ci ildə Azərbaycanda neft ehtiyatları 7 milyard barel təşkil edib ki, bu da 2017-ci illə müqayisədə dəyişməyib.

Qeyd edək ki, Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, iyun ayında ölkədə neft hasilatı sutkada 768 min barel təşkil edib.


May ayında gündəlik neft hasilatı da 768 min barel olub. Bunlardan 695 min barrel xam neftin, 73 min bareli isə kondensatın payına düşüb.

Nazirlikdən verilən məlumata görə, iyun ayında Azərbaycandan gündəlik xam neft ixracının həcmi 471 min barel, kondensat 72 min barel, neft məhsulları 19 200 barel təşkil edib.

OPEC və üzv olmayan bir sıra ölkələr (OPEC + formatı) 2018-ci ilin sonunda 2017-ci ilin əvvəlindən qüvvədə olan neft hasilatının azaldılması ilə bağlı sazişin şərtlərini modernləşdirmək qərarına gəldilər. Tərəflər ümumi hasilatı 2018-ci ilin oktyabr ayının səviyyəsindən gündəlik 1,2 milyon barel azaltmaq barədə razılaşdılar.

Qeyd edək ki, iyulun 2-də Vyanada OPEC üzvləri və kartelə üzv olmayan ölkələr tərəfindən neft hasilatının azaldılmasına dair razılaşmanın 2020-ci ilin birinci rübünün sonuna qədər uzadılması qərara alınlıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb