Azərbaycan İdeyası

Məhsulun qiymətini göstərməyən sahibkarlar cərimələnəcək

Tarix:22-08-2019, 16:15
Baxış Sayı:120




Müxtəlif qida və geyim tələbatlarımızı qarşılamaq üçün mağazalara girib alış-veriş edirik. Bəzən isə görürük ki, mağazalarda satılan malın üzərində qiymət yazılmayıb.
Oxu.Az məsələyə hüquqi aydınlıq gətirməyə çalışıb.
Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları"na əsasən, satışa daxil olmuş bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə dəqiq tərtib edilmiş qiymət kağızı olmalıdır. Eyni zamanda, qiymət kağızının arxa tərəfindən mütləq maddi-məsul şəxsin imzası və onun doldurulma tarixi yazılmalıdır.
"İstehlakçıların hüquqlarının müdafiəsi" haqqında qanuna görə isə istehlakçı aldığı malların keyfiyyətini, komplektliyini, ölçüsünü, çəkisini və qiymətini yoxlamaq, malların düzgün və təhlükəsiz istifadəsini nümayiş etdirmək hüququna malikdir.
Belə hallarda satıcı istehlakçının tələbi ilə ona nəzarət-ölçü cihazlarını, malın qiyməti haqqında sənədləri təqdim etməlidir.
İnzibati Xətalar Məcəlləsinin 445-ci maddəsində isə qiymətlərlə bağlı tələblərin yerinə yetirilməməsinə görə cəza nəzərdə tutulub.
Belə ki, qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə 800 manatdan 1000 manatadək məbləğdə cərimə tətbiq olunur.
Həmin maddənin ikinci bəndində isə yazılıb ki, Azərbaycan ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsi şərtdir. Əgər bu tələb yerinə yetirilməsə, sahibkar 1100 manatdan 1650 manatadək məbləğdə cərimə edilə bilər.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO