Azərbaycan İdeyası

Krediti olan şəxslər MÜTLƏQ OXUSUN - Bank böhranının yaşanacağı gözləniləndir

Tarix:3-09-2019, 14:49
Baxış Sayı:179


“Məmləkətdə iqtisadi aktivlik ancaq büdcə xərclərinə və istehlak kreditlərinə bağlıdır”.

Korrupsiya-q.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
Ölkə iqtisadiyyatının mövcud vəziyyətini şərh edən iqtisadçıya görə, bank böhranının yaşanacağı gözləniləndir:
“Problemli kreditlərin həlli ilə bağlı prosedurun icrası bitdi. Rəsmi rəqəmlər və trendlər onu göstərir ki, yeni Bank böhranı ölkənin qapısını döyür. Azərbaycanda vaxtı keçmiş, problemli kreditlərin məbləği bu il avqustun birinə 1 487,4 milyon manat təşkil edib. Bu, keçən ayla müqayisədə 0,1% çoxdur. Yəni, problemli kreditlərin artması trendi var. Avqustun 1-nə bankların ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 10,9% olub. Yəni, bu gün bank sektorunda 11% problemli kreditlər var. Dünya təcrübəsinə görə, vaxtı keçmiş kreditlər ümumi kredit portfelinin 3%-ni keçsə, artıq böhranlı vəziyyət yaranır, bankların vəziyyəti stress-testlərlə yenidən qiymətləndirilməlidir. Bizdə isə bu norma 3 dəfədən çox aşılıb”.
Kredit qoyuluşlarındakı artımın böyük hissəsi istehlak kreditlərinin artması ilə bağlıdır:
“İyun ayının sonu ilə müqayisədə iyulda ev təsərrüfatlarına verilən kreditlər 136,5 milyon manatdır. Ötən ilin sonu ilə müqayisədə cari ilin 7 ayı ərzində isə 618,7 milyon manat artaraq, 5 milyard 938,3 milyon manata çatıb. Ev təsərrüfatlarına, yəni istehlak krediti kimi verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 43,4%-ə yüksəlib. Yəni, kreditlərin az qala yarısı istehlak kreditləridir"

Krediti olan şəxslər MÜTLƏQ OXUSUN - Bank böhranının yaşanacağı gözləniləndir [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.