Azərbaycan İdeyası

“Səba” kərə yağına artan təlabat “Biləsuvar Aqro”nun istehsalını artırıb

Tarix:18-09-2019, 12:34
Baxış Sayı:169

2019-cu ilin sonuna yaxınlaşarkən SƏBA qrupuna daxil olan "Biləsuvar Aqro" şirkətinin son
üçillik fəaliyyətinin əsas statistikası açıqlanıb. Açıqlamada "Səba" kərə yağının istehsalçısı olan
şirkətin builki istehsal, satış və vergi həcmində ötən illərə nisbətən əhəmiyyətli dinamik artımın
olduğu bildirilir.
Qeyd edək ki, müxtəlif çeşiddə süd məhsulu emal edən "Biləsuvar Aqro" şirkəti xüsusilə
"Səba" kərə yağına artan tələbatı nəzərə alaraq ilin əvvəlindən etibarən bir sıra süd
təchizatçıları ilə əməkdaşlığını genişləndirib. Belə ki, Beyləqan Südçülük Fermer Təsərrüfatı
MMC, Avanqard MMC, Muğan Aqro Fermer Təsərrüfatı MMC, Qara İnək Fermer Təsərrüfatı
MMC, S.A.N.İ Kəndli Fermer Təsərrüfatı MMC, Türk Qida Sənaye MMC, Türyançay FT MMC və
digər xammal tədarükçüləri ilə imzalanmış müqavilələrə əsasən müəssisənin süd alışı 2018-ci illə
müqayisədə cari ilin sentyabrınadək təxminən 33,6% artaraq 6276 ton təşkil edib. Bənzər inkişaf "Səba" kərə yağının satışında da müşahidə olunur. Rəqəmlərə əsasən, "Səba"
kərə yağının satış həcmi ötən ilə nisbətən cari ilin müvafiq dövrünədək 43,3% daha artıq olub.
2017-ci illə müqayisədə isə bu göstərici daha da çoxdur - 87,1%. Bu da öz növbəsində 2018-ci
ildə yerli yağ brendləri arasında "Ən yaxşı yağ" seçilən "Səba"-nın tələbatındakı artımın yüksələn
dinamikasını bir daha sübut edir.
Qeyd edək ki, süd məhsullarının keyfiyyəti və istehsala ciddi nəzarəti ilə istehlakçı rəğbətini
qazanan SƏBA qrupuna daxil olan "Biləsuvar Aqro"-nun fəaliyyətindəki inkişaf tempi vergi
ödəmələrinə də öz töhfəsini verib. Belə ki, 2018-ci il göstəriciləri ilə müqayisə olunduqda cari ilin
sentyabrınadək şirkətin vergi ödənişlərində 78% artım qeydə alınıb. 2015-ci ilin statiskasına
baxılarsa, bu il ərzində "Biləsuvar Aqro"nun vergi ödənişlərinin 10 dəfədən çox artdığını görmək
olar. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb