Azərbaycan İdeyası

Qızılın qiyməti kəskin düşə bilər

Tarix:10-10-2019, 11:16
Baxış Sayı:178



Dünya bazarında qızılın qiyməti yaxın zamanda birdən birə düşə bilər.

“Praym” agentliyi xəbər verir ki, bunu “Polymetal” şirkətinin icraçı direktoru Vitali Nesis bildirib.

Onun sözlərinə görə, böyük ehtimalla qızılın qiyməti ABŞ və Çin arasında ticarət razılaşmasından sonra düşəcək, özü də kəskin şəkildə.

“İndi hamı qiymətin yüksək olduğu üçün eyforiyadadır. Lakin mənim proqnozlarım pessimistikdir”, - deyə mütəxəssis bildirib.

Nesis ABŞ-da baş verən siyasi proseslərin qızlın qiymətinə böyük təsir göstərdiyini açıqlayıb.

Qeyd edək ki, hazırda qızılın bir unsiyasının dünya bazarında qiyməti təxminən 1500 dollardır. İlin əvvəlindən qiymət artımı 15% civarındadır.

OXŞAR XƏBƏRLƏR
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Türkiyə və İran razılaşdı
Türkiyə və İran razılaşdı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
Mayda 14 gün iş OLMAYACAQ
Mayda 14 gün iş OLMAYACAQ
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İlham Əliyev qanun imzaladı
İlham Əliyev qanun imzaladı
38 nəfər saxlanıldı
38 nəfər saxlanıldı
Bu tarixdə qısa iş günü OLACAQ
Bu tarixdə qısa iş günü OLACAQ