Azərbaycan İdeyası

Bu aydan pensiyası 200 manat olanlar üçün VACİB XƏBƏR - VİDEO

Tarix:31-10-2019, 15:01
Baxış Sayı:878



Bu aydan etibarən minimum pensiya məbləğinin 200 manata çatdırılması pensiyaya çıxmaq üçün tələb edilən minimum pensiya kapitalına təsir göstərib.

Mövcud qaydalara əsasən pensiyaya çıxmaq üçün vətəndaşın hesabında minimum 28800 manat vəsait olmalıdır. Yaxud da vətəndaşın 25 il sığorta stajı olmalıdır.

Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Eyvaz İsmayılov bildirib ki, nəzərdə tutulan meyarlardan birinin olmaması vətəndaşın pensiya almayacağı anlamına gəlmir.

Eyvaz İsmayılov qeyd edib ki, ildən-ilə pensiya təminatı sahəsində islahatlar həyata keçirilir, sistem daha da təkmilləşdirilir.Nəticədə bir sıra amillər nəzərə alınıb.

Fondun şöbə müdirinin sözlərinə görə, bununla yanaşı 2019-cu ilin yanvarın 1-dən əmək pensiyaları haqqında qanuna edilən dəyişikliyə görə 2019-2020-ci illərdə əmək pensiyası yaşına çatmış şəxslərin fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək məbləğindən asılı olmayaraq pensiya kapitalı qeydə alınıbsa, onlara əmək pensiyası təyin edilərkən 25 il sosial sığorta staji hədiyyə edilir.

Minimum pensiya məbləği artıqca tələb edilən minimal pensiya kapitalı da avtomatik artır.

Bəzi ekspertlər hesab edir ki,gələcəkdə minimum pensiya məbləği 200 manat deyil 300 manat olsa, o zaman tələb edilən minimum pensiya kapitalı 43200 olacaq.

Bu isə gələcəkdə pensiya təyinatında problemlərə səbəb ola bilər.Ona görə də pensiya kapitalının bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi təklif edilir.

Dövlət sosial müdafiə fondunun şöbə müdiri bildirib ki, mövcud qanunvericilik hələki pensiya sığortaolunanları əhatə edir. Eyvaz İsmayılov əlavə edib ki, ildən-ilə pensiya islahatlarının davam etdiyini nəzərə alsaq, ehtiyac olarsa bu məsələyə də baxıla bilər. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.