Azərbaycan İdeyası

Bakının bu prospekti yenidən qazılacaq: Su və kanalizasiya xətləri çəkilir

Tarix:31-10-2019, 15:09
Baxış Sayı:811


Xəbər verdiyimiz kimi, "Azərsu" ASC 29-30 oktaybar tarixlərində Bakı qəsəbələrində su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə 14 tender müqaviləsi imzalayıb və ümumilikdə 15 milyon 397 min manatdan çox vəsait ayırıb.
Yeniavaz.com xəbər verir ki, bu gün "Azərsu" daha ümumi məbləği 2 milyon 763,6 min manat olan 3 tender müqaviləsi imzalayıb.
Diqqət çəkən tenderlərdən biri Bakının Babək prospektində yol boyu su və kanalizasiya xətlərinin tikintisilə bağlıdır.
Məlumat üçün bildirək ki, bu prospekt son illər ərzində dəfələrlə təmirə bağlanılıb. Təmirdən sonra yolda çökmələr və qabarmalar qeydə alınıb.
"Azərsu"nun son 3 gündə bağladığı tender müqavilələri bunlar olub:
- "Protean Construction" ASC ilə "Babək prospektinin yenidən qurulması ilə əlaqədar yol boyu su və kanalizasiya xətlərinin tikintisi" barədə 1 milyon 480,5 min manat dəyərində müqavilə bağlanılıb.
- "Hidro İnşaat Servis" MMC ilə "Buzovna qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 789,6 min manat dəyərində müqavilə bağlanılıb.
- "Hidro İnşaat Servis" MMC ilə "Bilgəh qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması " barədə 493,5 min manat dəyərində müqavilə bağlanılıb.
- "Sənaye tikinti" MMC ilə "Binəqədi rayonunun 28 may qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 789 min manat dəyərində müqavilə bağlanılıb.
- "Araz-İnşaatçı" MMC ilə "Suraxanı rayonunun Əmircan qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 987 min manat dəyərində müqavilə bağlanılıb.
- "Araz-İnşaatçı" MMC ilə "Suraxanı rayonunun Bülbülə qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 987 min manat dəyərində müqavilə bağlanılıb.
- "İ and R Construction" MMC ilə "Pirallahı rayonunun Dübəndi qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 690 min 885,39 manat dəyərində müqavilə bağlanılıb.
- "Mühəndis Tikinti Layihə" MMC ilə "Zabrat qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 296 min 100 manat dəyərində müqavilə bağlanılıb.
- "ArchiCO" MMC ilə "Ceyranbatan və Kür su təmizləyici qurğularında 11 ədəd nasos avadanlığının dəyişdirilməsi" barədə 3 milyon 948 min manat dəyərində müqavilə bağlanılıb.
- "Protean Construction" ASC ilə "Binəqədi qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 987 min manat dəyərində müqavilə bağlanılıb.
- "Protean Construction" ASC ilə "Biləcəri qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 789 min 600 manat dəyərində müqavilə bağlanılıb.
- "Eren İnşaat Sanayi ve Ticaret Anonim şirketi"nin Azərbaycan Respublikasındakı filialı ilə "Şüvəlan qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 2 milyon 270 min 100 manat dəyərində müqavilə bağlanılıb.
- "Sənaye Tikinti-M" MMC ilə "Abşeron rayonunun Pirəküşkül qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 296 min 100 manat dəyərində müqavilə bağlanılıb.
- "Mühəndis Tikinti Layihə" MMC ilə "Sabunçu qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 296 min 100 manat dəyərində müqavilə bağlanılıb.
- "İ and R Construction" MMC ilə "Pirallahı qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 986 min 839,58 manat dəyərində müqavilə bağlanılıb.
- "Express Xim Servis" MMC ilə “Maştağa qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” barədə 789 min 600 manat dəyərində müqavilə bağlanılıb.
- "Arko Təmir Tikinti Şirkəti" MMC ilə "Mərdəkan qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 789 min 600 manat dəyərində müqavilə bağlanılıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO