Главная > İqtisadiyyat > Bakı Limanında aşırılan konteynerlərin həcmi 32%-dək artıb

Bakı Limanında aşırılan konteynerlərin həcmi 32%-dək artıb


28-07-2022, 15:40. Разместил: Xuraman Quliyeva
Bakı Limanında aşırılan konteynerlərin həcmi 32%-dək artıb

Bu ilin yanvar-iyun aylarında Bakı Limanı vasitəsilə TEU ekvivalentində 27 844 ədəd konteyner aşırılıb.

Bakı Limanından “Korrupsiya və qanun”a verilən məlumata görə, bu, ötən ilin eyni göstəricisindən 31,8% çoxdur.
Bildirilir ki, yeni multimodal logistik mərkəzdə tam olaraq fəaliyyətə başladığı 2018-ci ildən etibarən digər növ yüklərdə olduğu kimi konteyner aşırılmasında da hər il artım qeydə alınır.
Belə ki, 2018-ci ildə Bakı Limanında 22 887 ədəd konteyner aşırılmışdısa, 2019-cu ildə bu rəqəm 35 024 ədəd, 2020-ci ildə 40 345 ədəd, 2021-ci ildə isə 45 025 ədəd olub. 2018 və 2021-ci illərdə əldə edilən göstəriciləri müqayisə etdikdə görmək olar ki, artım dinamikası 2 dəfədən çoxdur.

Bu ilin sonuna kimi Bakı Limanında aşırılan konteynerlərin həcmində də daha çox artımın olacağı proqnozlaşdırılır.

Korrupsiya və qanun
Вернуться назад