Главная > İqtisadiyyat > "Azəriqaz" bu gündən qış rejiminə keçdi, təbii qazın həcmi artırıldı

"Azəriqaz" bu gündən qış rejiminə keçdi, təbii qazın həcmi artırıldı


15-11-2018, 14:34. Разместил: Xuraman Quliyeva

  "Azəriqaz" bu gündən qış rejiminə keçdi, təbii qazın həcmi artırıldı
"Azəriqaz" İstehsalat Birliyi bu gündən qış rejiminə keçib.

Bunu "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.
Onun sözlərinə görə, bu gündən etibarən əhaliyə verilən təbii qazın həcmi də artırılıb: "Tələbat artdığından noyabrın 15-dən qazın həcmi artırılıb. 1 miyon 600 min kubmetrdən artıq təbii qazın artımı var ki, bundan sonra da havaların soyuq və şaxtalı keçəcəyi günlərdə təbii qazın verilişi tələbata uyğun tənzimlənəcək".
İ.Kərbəlayev bildirib ki, respublika üzrə 2 milyon 160 mindən çox abonenti fasiləsiz qazla təmin etmək üçün hazırlıqlar başa çatıb.
Вернуться назад