Главная > İqtisadiyyat > Kiçik sahibkarlardan alınan vergilər ləğv olunur

Kiçik sahibkarlardan alınan vergilər ləğv olunur


19-11-2018, 15:18. Разместил: Xuraman Quliyeva

  Kiçik sahibkarlardan alınan vergilər ləğv olunur
Mikro və kiçik sahibarlıq subyekti olan, müvafiq icra orqanından “Startap şəhadətnaməsi” alan hüquqi şəxslər şəhadətnamə aldığı tarixdən etibarən mənfəət vergisindən azad edilir.
Bu barədə Moderator.az-a Vergilər Məcəlləsinə edilən dəyişikliklərlə bağlı danışarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib.
Deputat qeyd edib ki, Vergilər Məcəlləsinə ediləcək dəyişikliklərin bir hissəsi mikro və kiçik sahibkarlığın inkişafına dəstəklə bağlıdır:
“Startap adlandırdığımız, innovativ fəaliyyətlə məşğul olan mikro və orta sahibkarlıqdır. Bu meyardan olan sahibkarlığın inkişafı iqtisadiyyatda innovativ istiqamətlərin önə çəkilməsini labüd edir. Məcəlləyə ediləcək dəyişikliklərdə kiçik və orta sahibakarlığın inkişafı üzrə müvafiq dövlət orqanı startapların meyarlarını müəyyən edəcək və müvafiq şəhadətnamə verəcək. Bu şəhadətnamə alan hüquqi şəxslər mənfəət vergisindən, fərdi sahibkarlar isə gəlir vergisidindən azad ediləcək”.
Onun sözlərinə görə, dəyişiklik növbəti ilin ilk günündən qüvvədə olacaq:
“Vergilər Məcəlləsinə ediləcək bu dəyişikliklər 1 yanvar 2019-cu ildən qüvvəyə minir və ilkin olaraq 3 il müddətinə nəzərdə tutulub”.


Вернуться назад