Azərbaycan İdeyası

Azərbaycanda bələdiyyə sədri özünü öldürdü – YENİLƏNİB

Tarix:14-07-2017, 13:32
Baxış Sayı:573

  Azərbaycanda bələdiyyə sədri özünü öldürdü – YENİLƏNİB

Şəkinin Qoxmuq kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmov intihar edib. Onun meyiti kənd ərazisində yerləşən köhnə tikilidə asılmış vəziyyətdə tapılıb. 1971-ci il təvəllüdlü F.Rüstəmovun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Aktual.az-ın məlumatına görə, Korrupsiya və Qanun saytı bildirir ki, Şəki Şəhər İcra Hakimiyyətindən AzVision-a bildirilib ki, F.Rüstəmovun maddi və psixoloji problemi olmayıb.
"Fətəli müəllim normal insan idi. İcra başçısı ilə yaxşı əlaqələri vardı. Rayonun bütün tədbirlərində iştirak edirdi. Onun heç bir problemi yox idi. Ailəsində də problem olmayıb. İki oğlu var. Oğlanlarından biri yenicə hərbi xidmətdən qayıdıb. Fətəli müəllim oğlu üçün təmtəraqlı məclis təşkil etmişdi. İkinci oğu isə hərbi xidmətdədir. O, çox sakit və mehriban insan idi. Heç birimiz onun ölümünə inanmırıq.
Fətəli müəllim işə gec gəlib. İş yoldaşları onun meyitini kəndin yaxınlığında yerləşən qonaq evində asılmış vəziyyətdə aşkar ediblər”-deyə İcra Hakimiyyətindən bildirilib.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

****
Şəkidə bələdiyyə sədri özünü asıb.
APA-nın yerli bürosunun xəbərinə görə, Şəkinin Qoxmuq kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmovun meyiti kənd ərazisində köhnə tikilidə asılmış vəziyyətdə tapılıb. 1971-ci il təvəllüdlü F. Rüstəmov evli olub, iki övladı var.
Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət içi başlayıb, araşdırma aparılır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub