Azərbaycan İdeyası

Babanın gül balasının maşın kolleksiyası - Fotolar

Tarix:7-08-2017, 13:02
Baxış Sayı:752

 Babanın gül balasının maşın kolleksiyası - Fotolar


Azərbaycan ictimaiyyətinin, mediasının gündəmini bir həftədir ki, Baş nazirin müavini, “Qaçqınkom” sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin “Galendewagen” markalı avtomobillə törətdiyi qəza məşğul edib.

Korrupsiya və Qanun saytı “Qafqazinfo”ya istinadla xəbər verir ki, Əli Həsənovun nəvəsinin avtomobildə olması əvvəlcə gizlədilməyə çalışılsa da, sonradan DİN-in yaydığı məlumatlar bu iddianı alt-üst etdi və rəsmi qurumlar tərəfindən bildirildi ki, sözgedən qəza ilə bağlı cavabdeh şəxslərin hər biri məsuliyyətə cəlb olunacaq. Hazırda Nail Allahverdiyevin səhhəti normallaşdıqdan sonra həbs olunacağı gözlənilir.
Məlumat üçün bildirək ki, baş vermiş qəzanın rezonans yaratması orada iki Türkiyə vətəndaşının da ölümcül bədən xəsarətləri almasıdır. Hazırda onların 3 azyaşlı övladı dövlət qurumlarının nəzarətinə götürülüb. İki nəfərin ölümü ilə nəticələnən qəzanın digər iştirakçısının barəsində isə 1 aylıq inzibati həbs qətimkan tədbiri seçilib. Belə görünür ki, baş nazirin müavinin nəvəsinin yarım milyonluq “Galendewagen”lə ötüşməsi və bunun ağır nəticələri hələ bir müddət də müzakirə olunacaq. Məlumatlara görə, ölkə rəhbərliyinin də məsələyə reaksiyası kəskin olub. Bu cür hallarda heç kimə güzəşt edilmədiyi diqqətə çatdırılıb.
Xatırlatma üçün bildirək ki, bu hadisədən cəmi 1 neçə həftə əvvəl general öz oğluna görə işdən qovulmuşdu. Novruzəli Orucov öz oğlunun sürücünü döyməsinə görə işindən uzaqlaşdırılıb, yüksək rütbəsi əlindən alınıb. Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, prezident həm generalın oğlu ilə bağlı hadisəyə, həm də digər eyni məzmunlu hadisələrə kəskin reaksiya verərək bildirmişdi ki, məmurların özləri də harınlıq edən övladları ilə birlikdə cəzalandırılacaq. Bu cür cəzalandırma metodu tamamilə məntiqə uyğundur, çünki 20-25 yaşlı bir gənc özünə yox, məhz yüksək vəzifə tutan atasına və ya babasına arxalanaraq belə qudurmuş addımlara yol atır.
Əli Həsənovun taleyin ironiyasına tuş gəldiyi başqa bir məqam isə “siz mənim övladlarımı tanıyırsınız?” deyə cəmiyyətə verdiyi sualın video yazısının günlərdir sosial şəbəkələrdə dolaşmasıdır. Yaxşı ki, tanımırmışıq və ya tanış olduq...

 Babanın gül balasının maşın kolleksiyası - Fotolar
 Babanın gül balasının maşın kolleksiyası - Fotolar
 Babanın gül balasının maşın kolleksiyası - Fotolar
 Babanın gül balasının maşın kolleksiyası - Fotolar
 Babanın gül balasının maşın kolleksiyası - Fotolar
 Babanın gül balasının maşın kolleksiyası - Fotolar
 Babanın gül balasının maşın kolleksiyası - Fotolar
 Babanın gül balasının maşın kolleksiyası - Fotolar
 Babanın gül balasının maşın kolleksiyası - Fotolar
 Babanın gül balasının maşın kolleksiyası - Fotolar [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı