Azərbaycan İdeyası

6 günlük Mələyin ölüm səbəbi açıqlandı - RƏSMİ

Tarix:29-08-2017, 15:22
Baxış Sayı:625

 6 günlük Mələyin ölüm səbəbi açıqlandı - RƏSMİ

Lənkəranın Darquba kəndində öldürülən 6 günlük körpə Nurullayeva Mələk Şaiq qızının meyitinin ekspertiza nəticələri bəlli olub.
Korrupsiya və Qanun saytı xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, 6 günlük Mələk daxili qanaxmadan ölüb.
Belə ki, döş boşluğuna nüfuz edən iynə vasitəsilə qaraciyər və ağciyərin zədələnməsi, döş boşluğunda qanaxma körpənin ölümünə səbəb olub. Ekspertiza nəticələri müstəntiqə təhvil veriləcək.
Qeyd edək ki, qan donduran hadisə 29 iyul tarixində Lənkəran rayonunun Darquba kəndində Nurullayevlər ailəsində baş verib. Öldürülən 6 günlük Nurullayeva Mələk Şaiq qızının anası Valiyə Nurullayeva səhər vaxtı yuxudan ayılanda körpəsinin beşikdə olmadığını görüb. Həyat yoldaşı Şaiq Nurullayev körpənin oğurlanması ilə bağlı polis şöbəsinə məlumat verib. Uşağın yoxa çıxdığı müddətdə evdə ata-anadan başqa, gəlini ilə bir otaqda yatan nənə Arifə Nurullayeva və uşağın altıaxşam şənlik məclisi üçün Bakıdan gələn daha bir neçə yaxın qohum olub. Hadisə yerinin müayinəsi zamanı ölmüş körpənin meyiti həyətdəki üstü bağlı 5 metrlik quyuda aşkar edilib.
Körpənin nənəsi tərəfindən öldürüldüyü deyilsə də, araşdırma zamanı şübhəlilərdən birinin də körpənin əmisi F.Nurullayevin həyat yoldaşı olduğu bildirilirdi. Baş vermiş hadisə ilə bağlı araşdırma davam edir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO