Azərbaycan İdeyası

19 kq narkotik aşkar edildi

Tarix:30-08-2017, 14:25
Baxış Sayı:698

 19 kq narkotik aşkar edildi

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkomaniya, narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı, habelə həmin qanunsuz əməlləri törədən şəxslərin ifşa edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, nəticədə qanunsuz dövriyyədən 33 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə çıxarılıb.
Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarına Cəlilabad rayonu ərazisində bir nəfər şəxsin külli miqdarda narkotik vasitə satmaq niyyətində olduğu barədə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Piriyev saxlanılıb. Onun əlindəki çantaya baxış zamanı ümumi çəkisi 19 kiloqram 705 qram olan tiryək aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitəni satmaq niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan Oruc adlı İran vətəndaşından aldığını bildirib.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında birgə həyata keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində rayonun Kürdborakı kənd sakini Taleh Hüseynov şübhəli şəxs qismində saxlanılıb.
Onun həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilən 1 ədəd çətənə kolu, həmçinin yaşadığı evdən əlavə olaraq 13 kiloqram 430 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.