Azərbaycan İdeyası

Bakıda avtomobil oğruları həbs edildi – FOTO

Tarix:26-09-2017, 12:57
Baxış Sayı:623


 Bakıda avtomobil oğruları həbs edildi – FOTO
Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, “102” Zəng Mərkəzinə müraciət edən vətəndaş bildirib ki, Binəqədi rayonu ərazisində ona məxsus “Fiat” markalı avtomobildən naməlum şəraitdə 1 ədəd mobil telefon oğurlanıb.
Binəqədi Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Məstanov saxlanılıb.
Saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə əməliyyat-istintaq tədbirləri nəticəsində onun sentyabr ayı ərzində Binəqədi rayonu ərazisində daha 3 nəqliyyat vasitəsindən mobil telefon və pul oğurladığı məlum olub. Araşdırma zamanı saxlanılan şəxsin oğurladığı mobil telefonları paytaxtın müxtəlif ərazilərində satdığı məlum olub.
Qeyd edək ki, E.Məstanovun yaşadığı mənzilə baxış zamanı oradan 0,231 qram narkotik vasitə olan heroin də aşkar olunaraq, götürülüb.
Polis əməkdaşlarının keçirdikləri daha bir əməliyyat tədbiri nəticəsində paytaxt ərazisində avtomobillərdən oğurluqlar edən daha bir nəfər saxlanılıb. Xətai RPİ (RPİ) 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini Rövşən Əşrəfov tutulub.
Qeyd edilən faktlarla bağlı Binəqədi və Xətai Rayon Polis İdarələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də, əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər analoji cinayətlərdə iştiraklarını da istisna etmirlər. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya Binəqədi, eləcə də, Xətai RPİ-yə müraciət edə bilərlər. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb