Azərbaycan İdeyası

Dostunun atasının evindən küllü miqdarda oğurluq edən şəxsin cinayət işi

Tarix:12-04-2018, 11:30
Baxış Sayı:466

  Dostunun atasının evindən küllü miqdarda oğurluq edən şəxsin cinayət işi

Cinayət məcəlləsinin oğurluq maddəsi ilə həbsdə olan Həsənov Teymur Məzahir oğlu cəzasının azaldılması üçün yuxarı instansiya məhkəməsinə şikayət edib.
Korrupsiya-q.az “Ölkə.Az”ın xəbərinə görə bildirirr ki, dostu ilə əlbir olaraq onların evindən 200 min manatdan çox pul aparan T.Həsənovun məhkəmə prosesinə Ali Məhkəmənin hakimi Tahir Kazımov sədrlik edəcək.
Xatırladaq ki, 2015-ci il may ayının 11-də Göyçay rayonunda mənzildən külli miqdarda oğurluq olub. Hadisə rayonun Potu kəndində qeydə alınıb. Kənd sakini, sahibkar İlqar Ömərov rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mənzildən külli miqdarda pul və qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakinləri, 1990-cı il təvəllüdlü Ömərov Namiq İlqar oğlu, 1973-cü il təvəllüdlü Quliyev Seymur Qəzənfər oğlu və 1986-cı il təvəllüdlü Həsənov Teymur Məzahir oğlu saxlanılıb.
Məlum olub ki, ev sahibi İlqar Ömərovun oğlu Namiq Ömərov dostları ilə qabaqcadan əlbir olaraq atasının evinə daxil olublar və içərisində 139 000 ABŞ dolları, 21 000 manat pul, külli miqdarda qızıl-zinət əşyaları və 21 ədəd özəlləşdirmə çeki, xeyli sənədlər, bank kartları olan dəmir seyfi oğurlayıblar. Onlar seyfin içindəkiləri götürüblər və seyfi Yuxarı Şirvan kanalına atıblar. Saxlanılan şəxslərdən 91 250 dollar, qızıl-zinət əşyaları və 21 ədəd özəlləşdirmə çeki maddi sübut kimi götürülüb. 48 040 ABŞ dolları və 21 000 manat isə tapılmayıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO