Azərbaycan İdeyası

Azərbaycana 40 min dollarlıq tiryək gətirən TUTULDU

Tarix:12-04-2018, 13:18
Baxış Sayı:8 450

 Azərbaycana 40 min dollarlıq tiryək gətirən TUTULDU

Azərbaycana satış məqsədilə 40 min dollar dəyərində tiryək gətirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında Biləsuvar rayonunda həyata keçirdikləri əməliyyat nəticəsində Şirvan şəhər sakini Xəyal Dəmirov saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 18 kiloqram 120 qram çəkidə narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.
Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində X.Dəmirovla aparılan sorğu zamanı müəyyən edilib ki, o təxminən bir ay əvvəl “Odnoklassniki.ru” sosial şəbəkəsində özünü “Səxavət” kimi təqdim edən İran vətəndaşı ilə tanış olub. Daha sonra həmin şəxs X.Dəmirova istintaqa məlum olmayan şəxslər vasitəsilə Azərbaycana ərazisinə külli miqdarda tiryək göndərəcəyini və narkotik vasitəni götürərək satışının təşkil olunmasında ondan köməklik istəyib.
Razılıq əldə olunandan sonra aprelin 9-da “Səxavət” adlı şəxs X.Dəmirovla əlaqə saxlayaraq narkotik vasitənin Ələt-Astara magistral yolunun sağında əvvəlcədən müəyyənləşdirdikləri yerdə gizlədildiyini bildirib.
İstintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxs tiryəki 40000 ABŞ dollarına satıb pulunu hissə-hissə “Səxavət” adlı şəxsə göndərməli imiş.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO