Azərbaycan İdeyası

Telefon oğurluğuna görə 3.6 il həbs verildi

Tarix:18-04-2018, 13:13
Baxış Sayı:7 268

  Telefon oğurluğuna görə 3.6 il həbs verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Ayaz Babayevin hökm oxunub.

Hakim Samir Əliyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə A.Babayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O istintaq zamanı azadlıqda olduğu üçün məhkəmə zalında həbs olunub.
İttihama görə, A.Babayev ötən il Nəsimi rayon ərazisində yerləşən "Muğan" bağında Xəyyam Qiyasbəylinin yanında əyləşib onunla söhbət edib. Bu zaman X.Qiyasbəyliyə zəng gəlib, lakin o, telefonun kodunu aça bilməyib və onu A.Babayevə verib. A.Babayev də telefonu götürüb oradan uzaqlaşmaq istəyərkən X.Qiyasbəyli onun pencəyindən tutub. A.Babayev onu yumruq təpiklə vurub, hadisə yerindən uzaqlaşıb.(Qafqazinfo) [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO