Azərbaycan İdeyası

Bakıda qoçular yolun ortasında adam döyür – Real

Tarix:30-04-2018, 14:44
Baxış Sayı:8 345

 Bakıda qoçular yolun ortasında adam döyür – Real
Bakıda yolun ortasında dava düşdü, qoçular dinc dayanmır.
Aprelin 29-da Bakı-Sumqayıt yolunda (Beynəlxalq Avtovağzalın qarşısında) dava edən şəxslərin görüntüləri Avtosfer.az-ın kamerasına düşüb. 99-KH-411 dövlət nömrə nişanlı taksidən düşən sərnişinlər gənc oğlanı yerə yıxaraq döyüblər. Görüntülərdən aydın olur ki, döyülən şəxs təkdir. Onu üç nəfər yerə yıxaraq bədəninin müxtəlif nahiyələrində, başına və ağzına təpiklə, yumruqla zərbələr endiriblər.
Onu döydükdən sonra həmin taksiyə əyləşərək hadisə yerini tərk ediblər. Döyülən şəxs isə 99-EL-215 qeydiyyat nişanlı taksiyə oturaraq ərazidən uzaqlaşıb.
Hələlik hadisənin səbəbi bilinmir. Bu barədə Avtosfer.az-ın əməkdaşı DİN-in 102 zəng mərkəzinə məlumat verib. Faktla bağlı Binəqədi rayon 40-cı polis bölməsində araşdırma aparılır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb