Azərbaycan İdeyası

“Oğlumu namus üstdə öldürübsə, onu bağışlayaram”

Tarix:30-04-2018, 18:25
Baxış Sayı:413

  “Oğlumu namus üstdə öldürübsə, onu bağışlayaram”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu bacısı ilə danışdığından şübhələnərək amansızlıqla öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Amal Zülfüqarovun məhkəməsi keçirilib.
Hakim Zeynal Ağayevin icraatında olan prosesdə mərhum Qismət Məmmədlinin anası ifadə verərək deyib ki, həqiqətən oğlu namus üstündə öldürülübsə, bu məsələ tam araşdırılmasını istəyir: “Qismətin Amalın bacısı, yaxını ilə yazışması varsa, onu bağışlayaram. Amma oğlum günahsız yerə öldürülübsə, 9 il də gözləyərəm ki, iş araşdırılsın".
A.Zülfüqarovun atası Mahir Zülfüqarov ifadəsində deyib ki, Amal Nabrandan gələndən sonra dəyişilib: “Daim gərgin və fikirli olurdu, danışmırdı, yemək də yemirdi. Hadisədən sonra eşitdim ki, Nabrana gedəndə Qismət yolda müasir geyimli xanım haqqında xoşagəlməz ifadə işlədib. Oğlum da ona iradını bildirib. Bundan sonra oğlum Almaniyada olan bacısının hicaba keçməsini istəyirdi”.
A.Zülfüqarov da belə bir hadisənin olduğunu təsdiqləyib: “Qismət başqa qızlar haqda doğru olmayan sözlər danışırdı. Camaatın anası, bacısı haqda sözlər deyirdi. Buna görə dəfələrlə xəbərdarlıq etmişəm ki, bir gün səni kimsə vuracaq, biz də sənin güdazına gedəcəyik".
İttihama görə, A.Zülfüqarov dostu Qismət Məmmədlinin onun xaricdə yaşayan bacısı ilə münasibət qurmasından şübhələnib və onu öldürmək qərarına gəlib. Qaradağ rayonu Qobustan qəsəbəsində domino oynayarkən Qismətə arxadan yaxınlaşaraq onun boyun və sinəsinə bir neçə zərbə endirib. Kafedə olan Tələt HÜseynov və Haldun Nəbizadə onu sakitləşdirmək istəyərkən Amal onları da bıçaqlayıb. Daha sonra yerə yıxılan Qismətin üstündə oturaraq onu boğub. Ardınca da bıçaqla onun boğazına, qarnına və ürəyinə dəfələrlə zərbə vurub.(Qafqazinfo) [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO