Azərbaycan İdeyası

Təranə Səmədovanın fahişəliyə cəlb etmə maddəsi ilə cinayət işi məhkəməyə göndərildi

Tarix:9-07-2018, 15:57
Baxış Sayı:624

Təranə Səmədovanın fahişəliyə cəlb etmə maddəsi ilə cinayət işi məhkəməyə göndərildi
Tanınmış prodüser Təranə Səmədova cinayət məcəlləsinin 243.1 (Zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, şantajla, əmlakı məhv etməklə və ya zədələməklə, yaxud aldatmaqla, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə məhkəmə qarşısına çıxarılacaq.
T. Səmədovanın məhkəmə prosesinin hazırlıq iclası iyul ayının 12-də Nərimanov Rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə keçiriləcək. Cinayət işi Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində başlanılıb və istintaq dövründə Təranə Səmədova barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, cinayət işində 2 nəfər- Tağıyeva Mətanət Tağı qızı və Kərimova Sona Əhəd qızı zərərçəkmiş qismində tanınıb.
Xatırladaq ki, zərərçəkmişlərdən olan Sona Kərimova barəsində ötən il səs-küylü məhkəmə prosesi keçirilib. Həmin işdə S.Kərimova cinayət məcəlləsinin oğurluq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Prodüser Təranə Səmədova məhkəmə faktını təsdiqləyib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO