Azərbaycan İdeyası

Banklarda girovda olan avtomobilləri satan şəxs tutuldu

Tarix:27-07-2018, 13:26
Baxış Sayı:277

 Banklarda girovda olan avtomobilləri satan şəxs tutuldu


Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Xocavənd rayon sakini Ziyatay Əliyev işlədiyi Yeni Günəşli qəsəbəsində yerləşən avtomobil təmiri sexində banklardan birində 5700 manat kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmiş “VAZ 21214” markalı avtomobilin ban nömərini qanunsuz olaraq dəyişdirən zaman cinayət başında saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, avtomobil təmiri sexinə baxış keçirilən zaman müxtəlif banklarda girovda olan “Kia Cerato”, “Chevrolet Aveo”, “Chevrolet Cruz”, “VAZ 21154”, “VAZ 21214”, “VAZ 21705” markalı onlarla avtomobilə aid qeydiyyat şəhadətnamələri və qeydiyyat nişanları, həmçinin kəsilmiş dövlət qeydiyyat nişanları və ban nömrələri aşkar olunaraq götürülüb. Baxış zamanı həmçinin sexin döşəməsində doğranmış vəziyyətdə basdırılan qeydiyyat nişanları və ban nömrələri də aşkar olunaraq götürülüb.
İstintaq tədbirləri nəticəsində müəyyən edilib ki, Z.Əliyev özgə əmlakını ələ keçirmək məqsədi ilə işlədiyi avtomobil təmiri sexində banklar tərəfindən ipoteka ilə yüklü edilmiş avtomobillərin ban və mühərrik nömrələrini kəsib onların yerinə eyni markadan olan yararsız avtomobillərin ban və mühərrik nömrələrini qaynaq edərək girovda olmayan avtomobil kimi ayrı-ayrı şəxslərə satmaqla banklara külli miqdarda ziyan vurub.
Faktla bağlı Baş İdarənin İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Qeyd edilən qanunazidd əməllərdə iştirak edən digər şəxslərin də saxlanılması istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Moderator.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO