Azərbaycan İdeyası

Sabunçuda film kimi oğurluq

Tarix:19-11-2018, 14:53
Baxış Sayı:265

 Sabunçuda film kimi oğurluq

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus təmir və yenidənqurma işlərinin aparıldığı Sabunçu stansiyasının ərazisindən 5 metr hündürlükdən gedən mis tərkibli rabitə xəttinin oğurlanması barədə Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə məlumat verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ONN media-ya verilən məlumata görə, Sabunçu Xətt Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini İbrahim Abbasov oğurladığı naqili metal qəbulu məntəqəsinə satmaq istəyən zaman saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırma zamanı onun stansiyaya məxsus 80 metr naqili oğurladığı məlum olub.
Qeyd olunan faktla bağlı Sabunçu Xətt Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir. Gördüyünüz bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə, eləcə də Sabunçu Xətt Polis Şöbəsinə müraciət edə bilərlər. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb