Azərbaycan İdeyası

Nəvəsinin ölümündə günahlandırılan nənə ilə bağlı qərar verildi

Tarix:20-12-2018, 13:43
Baxış Sayı:272

 Nəvəsinin ölümündə günahlandırılan nənə ilə bağlı qərar verildi

Ali Məhkəmədə nəvəsinin ölümündə təqsirləndirilən Xatirə Mehdiyevanın barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Korrupsiya-q.az Oxu.Az-ın xəbərinə görə, bildirir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmişin hüquqi varisinin kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, 1980-ci il təvəllüdlü, Tovuz rayon sakini X.Mehdiyeva 7 fevral 2018-ci il tarixdə, səhər saat 09:00 radələrində qızı Nübar Babayevanın yeni doğulmuş uşağına yaşadıqları Xırdalan şəhəri, “Kristal Abşeron” yaşayış kompleksi, bina 5A, mənzil 15 ünvanında yerləşən qonaq otağında yemək verib.
Sonra isə, o, divanın qarşısında yerə oturaraq ayaqlarının üstündə uşağı yatırtmaq istəyib. Ancaq uşaq yatmayaraq ağlamaqda davam edib. Nənə nəvəsinin ağlamasından əsəbiləşib və əsəbi halda ayağa qalxıb, özü də bilmədən uşaq ayaqlarının üstündən döşəməyə yıxılıb. Körpə təxminən beş dəqiqə üzü üstdə yerdə uzanmış halda qaldığından ölüb.
Abşeron rayon prokurorluğu tərəfindən Xatirə Mehdiyevanın barəsində Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə X.Mehdiyevanın barəsində 1 il 4 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. Hökmdən narazı qalan zərərçəkmişin hüquqi varisi, uşağın atası Ağasəf Babayev apellyasiya şikayəti verib.
O, apellyasiya şikayətində X.Mehdiyevanın barəsindəki hökmün ləğv edilərək təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cəzalandırılması barədə qərar qəbul edilməsini istəyib.
Sumqayıt Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib. Daha sonra o, Ali Məhkəməyə müraciət edib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb