Azərbaycan İdeyası

Karate müəllimini borc üstündə güllələyib öldürdülər – TƏFƏRRÜAT

Tarix:25-01-2019, 17:08
Baxış Sayı:279

 Karate müəllimini borc üstündə güllələyib öldürdülər – TƏFƏRRÜAT


Ağdaş rayon Məhkəməsində karate müəllimini qətlə yetirməkdə təqsirli bilinən Hüseyn İbadovun barəsində həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Korupsiya-q.az "oxu.az”a istinadən xəbər verir ki, hakim Famil Nəsibovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.
H.İbadov barəsində həbs-qətimkan tədbirinin müddəti daha iki ay uzadılıb.
İttihama görə, ötən il avqustun 9-da Ağdaş rayonu ərazisindəki qəbiristanlıqda Hüseyn İbadov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Nizami İsmayılovu qətlə yetirib. Sonra o, könüllü olaraq polisə gəlib.
Hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan "TOZ-16” markalı ov tüfəngini təhvil verib.
Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən Hüseyn İbadovun həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Məlum olub ki, Hüseyn İbadov və Nizami İsmayılov arasında münaqişə pul üstündə yaşanıb. 2017-ci ilin martında Hüseyn İbadov Nizami İsmayılova 500 manat borc pul verib.
Bir ildən artıq vaxt keçməsinə baxmayaraq, Nizami İsmayılov borcu qaytarmaq istəməyib. Hadisə baş verən gün onlar qəbiristanlığın yanında görüş təyin ediblər. Hüseyn İbadov özü ilə silah da gətirib. Onun məqsədi pulunu qaytarmadığı halda, Nizamini öldürmək olub.
Görüş zamanı Hüseyn İbadov pulunu istəyərkən Nizami İsmayılov onu sərt şəkildə təhqir edib. İncik düşən Hüseyn İbadov silah dalınca gedib və geri qayıdaraq İsmayılovu güllələyib.
Qeyd edək ki, Nizami İsmayılov karate üzrə müəllim və məşqçi olub.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO