Azərbaycan İdeyası

BDU-nun tələbəsi tutuldu: Elan saytlarında dələduzluq edib - FOTO

Tarix:18-12-2019, 10:57
Baxış Sayı:201

Xızıda elanlar saytlarında vətəndaşları aldadaraq dələduzluq edən şəxs saxlanılıb.

Bununla bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, vətəndaşları dələduzluq yolu ilə aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən Bakı şəhər sakini, 21 yaşlı Rəsul Cəfərov saxlanılıb.
İlkin dindirilmə zamanı saxlanılan şəxs vətəndaşlara qarşı dələduzluq etdiyini etiraf edib.
R.Cəfərov avtomobil elanları saytlarında müxtəlif şəxslərə məxsus nəqliyyat vasitələrinin şəkillərini və məlumatlarını özünəməxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, həmin avtomobilləri bazar dəyərindən daha ucuz qiymətə satılması barədə elanlar yerləşdirib.
Daha sonra isə ona zəng edən alıcılarla satış qiyməti barədə razılığa gələn R.Cəfərov, alıcılara avtomobili almaq üçün beh göndərmələrini tələb edərək, onlara bank hesab nömrəsi təqdim edib.
Alıcılar tərəfindən beh göndərildikdən sonra isə R.Cəfərov zərərçəkmişlərin telefon zənglərinə cavab verməyərək, onlarla əlaqəni kəsib və həmin şəxslərin pullarını dələduzluq yolu ilə mənimsəyib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, R.Cəfərov Bakı Dövlət Universitetinin dördüncü kurs tələbəsidir. O, geologiya fakültəsində təhsil alır. Qiymətlərinin qeyri-qənaətbəxş olması səbəbindən kəsirləri yaranıb və hazırda dərslərdə iştirak etmir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO