Azərbaycan İdeyası

Seçkilərin nəticələri təsdiq edildi - Yenilənib (FOTOLAR)

Tarix:24-11-2015, 11:08
Baxış Sayı:427

Seçkilərin nəticələri təsdiq edildi - Yenilənib (FOTOLAR)




2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə iclası başlayıb.
Məhkəmənin Plenumunun xüsusi iclasını açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, Konstitusiya Məhkəməsinin bütün hakimləri iştirak etdiyi üçün plenum səlahiyyətlidir.
Hakim Kamran Şəfiyev Milli Məclisə seçkilərin keçirilməsinin və elan edilməsinin hüquqi əsaslarına dair məruzə ilə çıxış edib.
Konstitusiya Məhkəməsinin hakimi Rəfael Qvaladze MSK-nın Milli Məclisə keçirdiyi seçkilərin nəticələrinə dair təqdim etdiyi protokolun araşdırılması prosesi barədə məruzə edib.
Daha sonra MSK sədri Məzahir Pənahov seçkilərin hazırlıq və prosesin gedişi barədə məlumat verib. Bildirib ki, seçkilərin aşkarlığını təmin etmək üçün qanunla müəyyən edilən bütün addımlar atılıb.
Məhkəmə baxışı başa çatandan sonra Konstitusiya Məhkəməsi qərar qəbul etmək üçün fasiləyə ayrılıb.
Məşvərətdən sonra sədr Fərhad Abdullayev seçkilərin nəticələri ilə bağlı MSK-nın 18 noyabr 2015–ci il tarixli protokolunun təsdiq və rəsmən elan olunması üçün məhkəməyə təqdim edilmiş protokolun 18 komissiya üzvünün 17-si tərəfindən təsdiq olunduğunu, həmçinin ekspertlərin rəyinə görə, protokolun Azərbaycan Konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə tam uyğunluğunun məhkəmə tərəfindən müəyyən edildiyini diqqətə çatdırıb [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı