Azərbaycan İdeyası

Keçmiş MTN-çilərin daha bir şok dinləmə olayı: «ÖRDƏK» ƏMƏLİYYATI

Tarix:25-11-2015, 13:22
Baxış Sayı:376

Keçmiş MTN-çilərin daha bir şok dinləmə olayı: «ÖRDƏK» ƏMƏLİYYATI




Eldar Mahmudovun komandası həmin məmurla bağlı bütün kompromatlara malik olub
Ötən gün xəbər vermişdik ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşları ayrı-ayrı məmurlar haqqında kompromat materiallar toplayaraq, onlardan öz xeyirləri üçün istifadə ediblər. JAM.AZ-a bununla bağlı daxil olmuş məlumatlarda vurğulanırdı ki, hələ iki il bundan əvvəl FHN rəhbəri Kəmaləddin Heydərovun haqqında dosye açılıb və onunla bağlı bütün bilgilər toplanıb.
Qeyd edilir ki, keçmiş MTN-çilər Kəmaləddin Heydərovun təkcə biznes, işgüzar əlaqələri ilə yanaşı, şəxsi həyatına dair də məlumatlar toplayıblar və bu zaman onun telefon danışıqlarına qədər dinləyiblər.
Lakin bu hərəkət təkcə Kəmaləddin Heydərova qarşı deyil, eyni zamanda digər məmurlara qarşı da olub. Mənbə JAM.AZ-a bildirir ki, keçmiş MTN-çilərin həmçinin «ÖRDƏK» kod adı ilə açıdıqları dosye olub. Və bu ad haqqında kompromat toplanan məmurun ləqəbinə əsaslanıb. Belə ki, sözügedən şəxslər həmin məmuru öz aralarında «Ördək» deyə çağıraraq, onun haqqında ayrı-ayrı mənbələrdən bilgilər yığıblar. Və qısa müddət ərzində həmin yüksək çinli dövlət məmuru haqqında bütün kompromatlar toplanıldıqdan sonra yararlanması üçün hərəkətə keçilib. Sadəcə, oktyabrın 17-nə qədər işləri yekunlaşdıran keçmiş MTN-çilər mövcud vəziyyətdən dolayı icra prosesinə imkan tapmayıblar.
"Korrupsiya və Qanun" saytının aldığı məllumata görə mənbə JAM.AZ-a onu da bildirib ki, «Ördək» əməliyyatında təkcə bir məmurun deyil, onun yaxın ətrafının da adları keçib. Orada həmin məmurun yaxın ətrafı ilə birlikdə mülkləri, əlaqələri, maddi imkanları, zəif və güclü yerləri barəsində bilgilər olub.

Bildirək ki, «Ördək» ləqəbli məmurun kimliyi bizə məlumdur və bəzi səbəblərdən dolayı hələlik açıqlama vermirik. Bui şlə əlaqədar daha incə detallar barəsində isə yaxın günlərdə geniş məlumat verəcəyik. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO