Azərbaycan İdeyası

Deputat: “TƏBİB həkimlərə ayrılan pulları vermir” - İTTİHAM

Tarix:5-08-2020, 10:02
Baxış Sayı:798


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) tənqid edib.
Deputat Oxu.Az-a açıqlamasında bildirib ki, iki ay öncə Lənkəranda poliklinikada işləyən həkimlər onun qəbulunda olublar.
“Onların hamısına söz verilmişdi ki, maaşları üç-beş dəfə artıq olacaq. Həmin həkimlər həyatlarını riskə atırlar”, - deyə R.Quliyev söyləyib.
Millət vəkili deyib ki, TƏBİB həmin həkimlərə ayrılan pulları vermir:
“Ona görə də yanıma şikayətə gəldilər. Şikayət ərizəsini götürdüm, neçə dəfə çalışdım ki, TƏBİB-lə əlaqə saxlayım. Məcbur olub iyunun 12-də TƏBİB-ə məktub yazdım”, - deyən R.Quliyev əlavə edib ki, bu günə qədər qurum onun müraciətinə cavab verməyib.
Parlamentari qeyd edib ki, avqustun 4-də TƏBİB-ə zəng edib və deputat kimi onlarla danışmaq istədiyini bildirib:
“TƏBİB-in bu məsələ ilə bağlı yanaşmasında iki qəbahət var: həkimlərə pul verilməyib və mənim müraciətimə 40 gündən çoxdur reaksiya göstərilməyib. TƏBİB məsuliyyətini başa düşməlidir. Mən TƏBİB-in başqa işlərinə qarışmıram, amma əlimdə olan faktları deməliyəm”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb