Azərbaycan İdeyası

Prezident manatla bağlı göstəriş verib`

Tarix:23-12-2015, 13:45
Baxış Sayı:373

Prezident manatla bağlı göstəriş verib`






“Dollarla kredit götürən vətəndaşların vəziyyəti çox çətindir. Hazırda dövlət bu məsələyə baxır, onlara xüsusi güzəştlərin edilməsi gözlənilir”
"Korrupsiya və Qanun" saytının aldığı məlumata görə bu barədə AzVision.az-a açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov bildirib.
“Dollarla kredit götürənlər əlavə vəsait ödəməsinlər deyə Azərbaycan hökuməti və Mərkəzi Bank məsələyə baxmalıdır. Həmin insanların 10 min manata qədər olan kreditləri köhnə məzənnə ilə ödənilməsi haqda qərar verilə bilər. Bu addım aşağı təbəqəyə malik insanların əziyyət çəkməməsinə və kreditlərin ödənilməsinə müəyyən mənada yardım edə bilər”.
Neftin ucuzlaşması fonunda manatın növbəti devalvasiyasının ola biləcəyi ehtimalına gəlincə, V.Əhmədov bildirib ki, bununla bağlı hökumətin xüsusi tədbirlər planı olmalıdır:
“Məndə olan məlumata görə, hazırda bu istiqamətə iş gedir. Cənab prezident İlham Əliyev hökumətə manatın bu səviyyədə saxlanması üçün göstəriş verib. Göstərişə əsasən, hökumət elə proqram tərtib etməlidir ki, manatı bu səviyyədə qoruyub saxlamaq mümkün olsun. Bu baxımdan da sahibkarlıqla məşğul olan insanlara müəyyən güzəştlərin verilməsi, monopoliyanın aradan qaldırılması, qeyri- neft sektorunun inkişafı və s. məsələlərə Azərbaycan hökuməti tərəfindən baxılacaq”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı